ANS-in aparıcısına vəzifə verildi


ANS TV-nin aparıcısı Diana Dadaşova Azərbaycan Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) mətbuat katibi təyin edilib.

TV-də aparıcı olan, 2015-ci il oktyabrından isə həm də www.anspress.com saytında redaktor vəzifəsində çalışan D.Dadaşova 1988-ci il təvəllüdlüdür. O, 2010-cu ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinin bakalavr pilləsini fərqlənmə diplomu ilə, 2013-cü ildə isə "Beynəlxalq münasibətlər" ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib.

ANS TV-də "Hesab vaxtı" verilişində aparıcı vəzifəsində çalışıb. (Report)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu