Baş redaktor həbs edildi


Tanınmış jurnalist, jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlu həbs edilib

Jurnalistin həyat yoldaşının Bolgexeber.com-a verdiyi məlumata görə iyunun 30-u günorta saatlarında 3 nəfər mülki geyimli naməlum şəxs jurnalistin evinə daxil olaraq axtarış aparmaq adı ilə Fikrət Fərəməzoğluna məxsus Notebook-u götürərək evdən çıxıblar. Jurnalistin həyat yoldaşı həmin şəxslərdən nələr olduğunu soruşanda onlar Fikrət Fərəməzoğlunun həbs edildiyini bildiriblər, lakin həbs olunma səbəbini söyləməyiblər. Fikrət Fərəməzoğlunun həyat yoldaşı həmçinin Bolgexeber.com –a bildirdi ki, həbs olunan həyat yoldaşının hara aparılmasını və onun hal-hazırda harada saxlanılması haqda heç bir məlumata malik deyil. Bolgexeber.com olaraq yaxın zamanlarda jurnalistin həyat yoldaşından ən son məlumatları və jurnalistin həbs olunma səbəblərini öyrənib oxuculara təqdim edəcəyik. Mövzu diqqətimizdədir!



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu