İctimai Komitə yeni saytını təqdim etdi


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş cəmiyyətinin inkişafı, dövlət orqanlarının fəaliyyətində ictimai iştirakçılığın geniş tətbiqi ilə bağlı tapşırıqlarına uyğun olaraq ölkəmizdə şəffaflığa, ictimaiyyətlə əlaqələrə, açıq hökumət prinsiplərinə xüsusi önəm verilir, bu məqsədlə vətəndaş cəmiyyəti institutları ilə səmərəli qarşılıqlı fəaliyyət həyata keçirilir.

Bununla əlaqədar 2006-cı ildən Ədliyyə Naziri yanında tərkibi qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarət formalaşdırılmış İctimai Komitə uğurla fəaliyyət göstərir.İctimai Komitə penitensiar sistemin müasirləşdirilməsi, məhkumların hüquqlarının müdafiəsi prosesində, xüsusilə də cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə institutunun tətbiqində dəyərli töhfələr verir, “İctimai iştirakçılıq haqqında” Qanunun tələblərinə uyğun olaraq Komitə ədliyyə fəaliyyətinin digər istiqamətləri üzrəgörülən işlərə dəfəal cəlb olunur, o cümlədən ədliyyə orqanlarının işi üzrə ictimai rəyin və vətəndaş məmnunluğunun səviyyəsinin öyrənilməsində, qulluğa qəbul prosesində, nazirliyin təşkil etdiyi müxtəlif tədbirlərdə bu qurum yaxından iştirak edir. Komitə tərəfindən həm milli, həm də beynəlxalq səviyyədə uğurlu əməkdaşlıq həyata keçirilir.

19 iyul 2016-cı il tarixində Beynəlxalq Mətbuat Mərkəzində İctimai Komitənin yeni veb-səhifəsinin təqdimatına həsr olunmuş tədbir keçirilmişdir.

Tədbirdə İctimai Komitənin üzvləri, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının, Prezident yanında Əfv Məsələləri Komissiyasınıntəmsilçiləri, Ədliyyə Nazirliyinin məsul əməkdaşları, İnsan Hüquqları üzrə Müvəkkili aparatının, habelə vətəndaş cəmiyyətinin və KİV nümayəndələri iştirak etmişdir.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri, İctimai Komitənin üzvü Sahib Məmmədov tədbiri açaraq İctimai Komitənin əvvəllər yaradılmış veb səhifəsinin son zamanlarda müasir tələblərə uyğun təkmilləşdirildiyini və interaktiv şəkildə fəaliyyət göstərdiyini qeyd etmiş, Komitənin “İctimai iştirakçılıq haqqında” Qanun əsasında yaradılmış ictimai şura və komitələr arasında veb səhifəsi olan ilk qurum olduğunu diqqətə çatdırmış, göstərilmiş dəstəyə görəƏdliyyə Nazirliyinə və partnyor təşkilat olan Avrasiya Əməkdaşlıq Fonduna təşəkkürünü bildirmişdir.

İctimai Komitənin koordinatoru, millət vəkili Çingiz Qənizadə bu ilin sentyabrında yaranmasının 10 ili tamam olan İctimai Komitənin cəza sisteminin humanistləşməsindəki rolundan, ictimai nəzarətin təmin edilməsi, məhkumların islah olunması proseslərində yaxından iştirakından danışmış, Komitənin yeni veb səhifəsini yüksək qiymətləndirmişdir. İctimai iştirakçılıq məsələlərini tənzimləyən qanunvericiliyin qəbul olunmasından xeyli əvvəl Ədliyyə Nazirliyi tərəfindən belə bir qurumun yaradılmasını təqdir etmişdir.

Bir sıra tədbir iştirakçıları tərəfindən çıxış edilərək İctimai Komitənin şəffaflığın, ictimai nəzarət və açıq hökumət prinsiplərinin təşviqinə, vətəndaş cəmiyyəti və hüquq-mühafizə orqanları arasında qarşılıqlı dialoq və əməkdaşlığaxidmət edən fəaliyyəti qeyd olunmuş, Komitənin gördüyü işlər barədə geniş ictimaiyyətin məlumatlandırılması, həyata keçirdiyi tədbirlərin əlçatımlığının daha yüksək səviyyədə təmin olunmasıbaxımından bu qurumun veb səhifəsinin interaktiv şəkildə fəaliyyət göstərməsi uğurlu addım kimi dəyərləndirilmişdir.

Eyni zamanda tədbirdə Ədliyyə Nazirliyi tərəfindən şəffaflığın və açıq hökumət prinsiplərinin təmin olunması, ictimaiyyətlə əlaqələrin gücləndirilməsi sahəsində görülmüş işlər müsbət qiymətləndirmiş, bundan sonra dakonstruktiv əməkdaşlığın davam etdirilməsinə əminlik ifadə edilmişdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu