“Veysəloğlu”dan jurnalistlər üçün yaddaqalan tur


Hər il olduğu kimi, bu il də Milli Mətbuat günü Azərbaycanda media nümayəndələri üçün maraqlı keçdi. Müxtəlif qurumlar, şirkətlər tərəfindən diqqətə layiq görülən media qurumlarından biri də afn.az saytı idi. Bu qəbildən olan “Veysəloğlu” Şirkətlər Qrupunun bir qurup Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri üçün təşkil etdiyi maraqlı Şamaxı və İsmayıllı rayonlarına səfər çərçivəsində yaddaqalan günlər yaşandı.

Səfəröncəsi şirkətin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlham Məmmədov Veysəloğlu Şirkətlər Qrupunun rəhbərliyi adından səfərdə iştirak etmiş, həmçinin müxtəlif səbəblərdən iştirak edə bilməyən bütün jurnalistləri bir daha Milli Mətbuat günü münasibəti ilə təbrik etdi, onlara bu çətin və şərəfli yolda uğurlar arzuladı.

Yüksək səviyyədə təşkil olunmuş səfər çərçivəsində 1 gün "Şamaxı Palace" hotelində qalan jurnalistlər üçün burada hər bir şərait yaradılmışdı. Maraqlı oyunlar, əyləncə, istirahət media nümayəndələrinin ürəyindən oldu. Daha sonra İsmayıllıya yollanan heyət burada da xoş anlar yaşadı. Səfərdə iştirak edən jurnalistlər sonradan sosial şəbəkələrdə paylaşdıqları statuslarda da “Veysəloğlu” Şirkətlər Qrupunun rəhbərliyinə dərin təşəkkürlərini bildirir, təşkil edilmiş maraqlı və zəngin səfər proqramı üçün şirkət rəhbərliyinə minnətdarlıqlarını elan edirdilər. Səfər zamanı çəkilmiş fotolardan da görünür ki, yüksək diqqət və qayğı media nümayəndələrinin zövqünü oxşayıb.







“Veysəloğlu”dan jurnalistlər üçün yaddaqalan tur












AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu