''Bu proqram internet medianın inkşafına təkan verəcək''


“Prezidentin imzaladığı “İnformasiya cəmiyyətinin inkişafına dair milli strategiyanın həyata keçirilməsi üzrə 2016–2020-ci illər üçün dövlət proqramı” internet medianın inkişafı üçün böyük perspektiv açır. Bu proqram onlayn KİV-lərin inkişafına təkan verəcək”.

Bu sözləri “Yeni Media Jurnalistləri” İB-nin sədri Xaqani Səfəroğlu dövlət başçısı tərəfindən imzalanmış dövlət proqramını Musavat.com-a şərh edərkən bildirib.

Onun sözlərinə görə, bu sənəd ölkədə çoxdan lazım olan informasiya təhlükəsizliyinin təmin olunması sahəsində öz rolunu oynayacaq. Belə ki, çağdaş internet əsri informasiya azadlığı sahəsində ağlagəlməz sıçrayışlar etməklə yanaşı bu sahədə zəruri təhlüikəsizlik qaydalarının qorunmasını da vacib edib.

“Dövlət proqramında onlayn media ilə bağlı ayrıca bəndin əks olunması ölkənin internet media spektri üçün geniş perspektivlər açır. Bu sənəd internet jurnalistikanın hüquqi problemlərini, dövlət dəstəyini həll etməklə onlayn KİV sahəsində müşahidə olunan müəyyən pərakəndəliyi aradan qaldırmağa kömək edəcək”.

X. Səfəroğlunun sözlərinə görə, dövlət proqramında intenet texnologiyaları ilə bağlı kadr məsələsinə xüsusi diqqət yetirilməsi ali məktəblərin jurnalistika fakultələri üçün onlayn media ilə bağlı yeni tələblər qoyur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu