Azərbaycanda dini televiziya yaradıla bilər


Azərbaycanda dini televiziyanın yaradılması təklif olunur.

Bu təklifi Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə irəli sürüb.

Şeyxülislam qeyd edib ki, bu barədə ölkə başçısı ilə də söhbəti olub: “Cənab prezident bu praktikanın mövcud olduğu ölkələrlə də maraqlandı. Mən də Avropada və digər ölkələrdə belə nümunələrin olduğunu dedim. İnşallah, bizdə də bu televiziyanın açılması yaxşı nəticə verər. Bəzən mətbuatda nabələd halda dini mövzulara toxunulur. Amma vahid dini televiziya olduğu təqdirdə bu işin peşəkarlar tərəfindən görülməsinə nail olacağıq”.

QMİ sədri jurnalistlər üçün dini kursların açılmasını də təklif etdiyini deyib. (APA)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu