“Google” azyaşlının borcunu bağışladı- 100 min avro


“Google” şirkəti 12 yaşlı ispaniyalı Xose Xaverin 100 min avro borcunu bağışlayıb.

Bu barədə “BBC” məlumat yayıb.

Torrevexa şəhərinin azyaşlı sakini “Adwords” vasitəsilə üzvü olduğu "Los Salerosos" qrupunun çıxışını reklama qoyaraq qazanc əldə etməyə çalışıb. Ancaq o, yerləşdirməni düzgün etməyib və nəticədə 100 avro borc yaranıb.

“Google” şirkətinin mətbuat katibi açıqlamasında, 12 yaşlı Xaverin düşünmədən səhvə yol verdiyini bildirib. Bu səbəbdən onun borcu şirkət tərəfindən bağışlanıb. (Qafqazinfo)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu