Efirdə dava düşdü- Zaur qonağı verilişdən qovdu


ATV-də yayımlanan "Bizimləsən" verilişinin canlı yayımı zamanı xoşagəlməz hadisələr yaşanıb.

Verilişin aparıcısı Zaur Baxşəliyev efirə çağırdığı tanınmış musiqiçi Zahid Qubadlı ilə yanaşı, Qubadlı Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri İlham Əhmədova qarşı da hörmətsizlik edib.

"Sən bura niyə gəlmisən" deyən Baxşəliyev şöbə müdirindən çəkiliş yerini tərk etməsini tələb edib və mühafizəçiləri çağırıb. Mühafizəçilər İ.Əhmədova zor tətbiq edərək onu uzaqlaşdırmağa çalışıblar.

Verilişin digər qonaqlarının müdaxiləsindən sonra vəziyyət sakitləşib.(ölke.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
[/related-news]
menyu
menyu