BMT: “Son 10 ildə 700-dən çox jurnalist qətlə yetirilib”


“Son 10 ildə 700-dən çox jurnalist qətlə yetirilib”.

Bunu BMT-nin baş katibi Pan Ge Mun jurnalsitlərə qarşı törədilən cinayətlərə görə cəzasızlıqla beynəlxalq mübarizə günü münasibətilə yaydığı müraciətdə bildirib.

“Son 10 ildə 700-dən çox jurnalist qətlə yetirilib. Başqa sözlə hər 5 gündə bir jurnalist ictimaiyyəti hadisələrdən xərəbdar edərkən, öldürülüb. Bu cinayətlərdən yalnız 7 faizinin üstü açılıb”, - deyə baş katib vurğulayıb.

O, KİV-in azad fəaliyyətini təmin etmək üçün səyləri artımağın vacib olduğunu bildirib: “Həyatları üçün təhlükədən ehtiyatlanaraq, onların özünü senzura ilə məşğul etmələrinə imkan vermək olmaz”.

Bu gün, noyabrın 2-si jurnalsitlərə qarşı cinayətlərə görə cəzasızlıqla beynəlxalq mübarizə günüdür.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu