Jurnalistin apellyasiya şikayətinə baxılacaq




Jurnalistin apellyasiya şikayətinə baxılacaq.

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası nəşriyyatının baş redaktoru Xeybər Göyyallının qanunsuz işdən çıxarılması barədə Səbail Rayon Məhkəməsinin (hakim Nurəddin Bağırov) qətnaməsindən verilən apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı məlum olub.

Bu barədə Qaynarinfo.Az saytına jurnalistin özü məlumat verib. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında baxılacaq apellyasiya şikayətinə məhkəmə baxışı fevralın 22-ə təyin olunub.Apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin hakimi Mədinə xanım Bağırovanın sədrliyi ilə baxılacaqdır.

Qeyd edək ki, jurnalist redaktə etdiyi “Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə” elmi-nəzəri jurnalında çap prosesində baş vermiş texniki səhvə görə təzyiqlə işdən çıxarılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru




menyu
menyu