ANS-dən cavab: “Get, ay batandan sonra gəl”




AMEA-nın Zoologiya İnstitutu fəaliyyəti dayandırılmış ANS teleşirkətinə əmlakını hazırda yerləşdiyi binadan çıxarmaq üçün vaxt vermişdi. Sonuncu dəfə xəbərdarlığa baxmayaraq, ANS teleşirkəti ərazini tərk etməmişdi.

İnstitutun direktoru Elman Yusifov açıqlamasında bildirib ki, ANS teleşirkəti hələ də binanı tərk etməyib: “Hazırda ANS-lə bağlı məsələdə heç bir irəliləyiş yoxdur. Bəlkə hüquq-mühafizə orqanları kömək etsə, ANS-in əmlakını binadan çıxara bilərik. Sonuncu dəfə ANS-ə rəsmi məktub yazsaq da, bizi gözləmədən əks cavab verdilər. Bildirdilər ki, “get ay batandan sonra gəl”. Belə halda yalnız yumorla bu böhrandan çıxmaq olar. Yəni konkret heç bir şey yoxdur.

Bizim bütün ərazimiz təxminən 2000 kvadrat metrdən çoxdur və qeyri-qanuni olaraq ANS teleşirkəti tərəfindən zəbt edilib. Onun təxminən 800 kvadrat metri hüquq-mühafizə orqanları tərəfindən bağlanılıb. Amma digər hissəsində ANS-in avadanlıqları yerləşir. Onlar da həmin əmlakı ərazidən çıxarmaq istəmir”.

Elman Yusifov həmçinin qeyd edib ki, ANS-in vitse-prezidenti Mirşahin Ağayevlə də əlaqə yaratmaq mümkün deyil:

“Mirşahin Ağayev yəqin ki, aya köçüb. Çünki telefonlarımızın heç birinə cavab vermir. Çox güman ki, bizi “qara siyahı”ya salıb”.(modern.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu