"Xəzər" TV Azərbaycan məmurlarını səhv saldı- VİDEO




Xəzər Tv-nin xəbərlərinin əsas buraxılışında kobud səhvə yol verilib.

Xəbərlərin saat 21:00 buraxılışında bu il Azərbaycanda 170 kəndin su təchizatının yaxşılaşdırılacağı ilə bağlı sujet hazırlanıb. Sujet zamanı bildirilib ki, artıq işlərə başlanılıb və bunu Azərsu ASC-nin sədri Qorxmaz Hüseynovun fikirləri olduğu qeyd edilib. Həmin vaxt efirdə Qorxmaz Hüseynovun çıxışı verilməli olduğu halda Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin açıqlaması olan kadrlara yer alıb.

Həmin vaxt isə Əhməd Əhmədzadənin adı Azərsu ASC-nin sədri Qorxmaz Hüseynov kimi göstərilib. Düzdür, sujetin irəliləyən saniyələrində Əhməd Əhmədzadənin adı düzgün şəkildə qeyd edilib, lakin kanalın səhvi bununla da yekunlaşmayıb. Belə ki, Əhməd Əhmədzadənin adından bir neçə fikir səsləndirilib və bu zaman isə Qorxmaz Hüseynovun açıqlaması efirə verilib.

Həmin kadrları təqdim edirik (goldnews.az ):



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu