"Space"də qalmaqala səbəb olan sabiq ANS-çilərdən AÇIQLAMA





“Bu mövzu haqqında danışmaq istəmirəm. Mən işimi görürəm. Azadə də işləyir. Ərizə yazmaqla deyil, işlə məşğul oluruq. Azadənin ərizə yazması və aramızda qalmaqal olması, narazılıq yaşanması şayiədir, yalandır!”



Afət Telmanqızı oxu.az-a açıqlamasında yazılan xəbərlərin şayiə olduğunu bildirib.

Azadə Balayeva da yazılanları şayiə adlandırıb: “Mənə və Afətə görə narahat olan, yanımızda olan bütün dostlarıma təşəkkür edirəm. Yaxşı ki varsınız. İnşallah, gün gələr, nə vaxtsa biz də şayiə jurnalistikasının mövcud olmadığı bir dövrə gəlib çıxarıq. Sizi də narahat etmərik”.

Qeyd edək ki, Elman Gədikli "Space TV"nin “Hər gün” xəbərlər departamentinin rəhbəri vəzifəsindən getdikdən sonra onun yerinə Azadə Balayevanın təyin olunduğu deyilirdi. Daha sonra Afət Telmanqızının bu vəzifəyə gətirilməsi ilə iki ANS-çi arasında narazılıq yarandığı, Balayevanın istefa ərizəsi yazdığı ilə bağlı xəbərlər yayılmışdı.

Afət Telmanqızı “Hər gün” xəbərlər departamentinin rəhbəri, Azadə Balayeva isə onun müavinidir.

Qeyd edək ki, əməkdar jurnalist Elman Gədikli “Lider Xəbər” departamentində rəis müavini vəzifəsində işə başlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu