Jurnalistika istedad məsələsidir- mütəxəssis rəyləri





Son günlər sosial şəbəkələrdə tez-tez müzakirəyə çıxarılan məsələlərdən biri də jurnalistikanı bitirənlər və bitirməyənlər mövzusudur. Bir qrup sosial şəbəkə istifadəçisi hesab edir ki, jurnalistikanı bitirmək mediada çalışmaq üçün vacib şərtdir, digərləri isə deyir ki, jurnalistlik diplomu şərt deyil, əsas yaradıcılıq qabiliyyəti, istedadın olmasıdır. Birinci fikrin müəllifləri həmçinin iddia edirlər ki, Azərbaycanda mətbuatın indiki zəif durumunun səbəbi məhz qeyri-ixtisas sahiblərinin jurnalistikaya üz tutmasıdır.

AFN məsələ ilə bağlı jurnalistikara kifayət qədər təcrübəsi, izi olan mütəxəssislərin mövqeyini alıb. Həmsöhbətimizin biri jurnalistikanın məzunu, digəri isə qeyri-ixtisaslı jurnalistdir. Beləliklə, tanınmış jurnalist, Bakı Dğvlət Universitetinin jurnalistika fakültəsinin məzunu, universitetin professoru Qulu Məhərrəmli və BDU-nun kitabxanaçılıq fakültəsinin məzunu, Əməkdar jurnalist Azər Həsrətin mövzu ilə bağlı fikirlərini təqdim edirik.



Qulu Məhərrəmli:

Peşə təhsili məsələsi hansısa rakursda dartışma mövzusu ola bilər, lakin bu, medianın problemi deyil. Media üçün əxlaqlı, vicdanlı və mənəviyyatsız jurnalist problemi var. Bu sahəyə təsadüfən düşmüş və yaxud elə buranın bataqlığında böyümüş natəmiz adamlar jurnalistika üçün ciddi problemlər yaradır. Ola bilər ki, kimsə heç universitetdə peşə təhsili almayıb, amma medianın bütün prinsiplərini gözləyir, dürüstdür və yaxşı da qələm sahibidir. Bunun əksi də mümükündür, amma bütün hallarda vicdanlı və dürüst insanlar bir yerdə olanda mətbuat öz prinsiplərinə sadiq qalır, eyni zamanda vəzifə sahiblərinin, məmurların deyil, Vətənin və dövlətin maraqlarını da qoruya bilir. Dövlət marağı başqa şeydir. Üzeyir bəy nə deyirdi? Mİllət, dövlət, Vətən marağı olan yerdə digər söhbətlər aradan qalxır.



Azər Həsrət:

Jurnalistikanı bitirməyənlərdən biri də mənəm. İndi o sözü deyənlər qərar versinlər: mən jurnalistəm, yoxsa deyiləm?
Dünyanın hər tərəfində jurnalistika sərbəst bir sahədir. Yazmağa qələmi, təhlil etməyə beyni və özünü ifadə etməyə cəsarəti olan istənilən şəxs jurnalist ola bilər. Kimsə kimsəyə bunu yasaqlaya bilməz.
Şəxsən mən jurnalistikanı bitirmiş elə adamlar tanıyıram ki, 3 cümləni ard-arda düz-əməlli yaza bilmirlər. İndi nə edək? O cür adamları jurnalist sayaq, amma doğrudan qələmi olan, doğuşdan jurnalist olan şəxsləri jurnalist saymayaq? Jurnalistika istedad məsələsidir. İstər 10 universitet bitir, istedad yoxdursa sən jurnalist ola bilməzsən.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu