Çox sağ olun, cənab prezident!- Jalə Mütəllimovadan təşəkkür




Tanınmış jurnalist Jalə Mütəllimova da mənzil alan jurnalistlərin sırasındadır. AFN xəbər verir ki, jurnalist adının siyahıya daxil edilməsi ilə bağlı ölkə rəhbərliyinə təşəkkür edib. Onun feyzbuk səhifəsində bölüşdüyü təşəkkürün mətnini təqdim edirik:


"Çox sağ olun, cənab prezident!

Bu mənim tək dilimə gələn yox, bütün qəlbimlə söylədiyim təşəkkürdür. Bütün həyatım boyu olduğu kimi çox səmimi duyğumdur.

Təşəkkürümü nəsib olarsa şəxsinizə də bildirmək ən böyük arzularımdandır. İndi daha artıq inandım, “ədalət var və mütləqdir” deyib də seçdiyim həyat tərzi zor oğduğu qədər, doğru seçim imiş. Bu yolda mənə mənəvi dəstək olan dostlar, nə yaxşı ki, qazancımsınız. İnsan ona dəyər verildiyini görəndə daha qüdrətli olur. Daha böyük işlər görməyi arzulayır, sınmır. Hər sınaqdan qalib çıxacağına əmin olur və çıxır da. Cənab prezident, bu mükafat mənə təkcə problem həlli deyil, həm də dövlətimə gərək olduğumun isbatıdır. Yazacağım yazılarda ədalətli, vicdanlı olmağa çağırışdır. Allah məni utandırmasın! Bir daha təşəkkürlər, Ali baş komandan, cənab İlham Əliyev. O cümlədən Prezident Adminstrasiyasına, AR Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, PA-nın İctimai-siyasi məsələlər şöbəsinin müdiri cənab Əli Həsəvova və digər dəyərli insanlara minnətdaram!.."

AFN-in kollektivi Jalə Mütəllimovanı və haqqı çataraq yeni mənzil sahibi olan digər həmkarlarımızı təbrik edir!



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu