“Facebook”un iki işçisi acından ölür




“Facebook” şirkətinin iki əməkdaşı – Viktor və Nikol uşaqları ilə birlikdə çox acınacaqlı şəraitdə yaşayırlar. Ailənin gəliri o qədər azdır ki, şirkətin yaxınlığında iki avtomobillik kiçik qaraja sığınmağa məcbur olub.

Virtualaz.org xəbər verir ki, bu barədə “The Guardian” nəşri yazıb.

Əməkhaqqı dolanmağa imkan vermədiyindən, ailə hər ay dostlarından borc götürmək məcburiyyətində qalır.

Mənbənin yazdığına görə, “Facebook” şirkəti ailəyə qarşı ayrı-seçkilik edir. Məsələn, “Uşağını işə gətir” aksiyası keçirilən zaman bütün işçilər uşaqlarını gətirsələr də, bu aksiya kafe işçilərinə aid olmayıb.

Nikolun əməkhaqqı hər saata 19,85 dollar, Viktorda isə 17,85 dollardır. Məvacibin azlığına görə ailə bir sıra maddi problemlərlə üzləşib. Belə ki, onların gəlirləri dövlət səhiyyə xidmətlərindən yararlanmaq üçün həddən yuxarı, özəl tibbi sığortadan istifadə edə bilmək üçün çox aşağıdır.

Amma “Facebook”un digər əməkdaşları, məsələn, proqramçılar Viktor və Nikoldan dəfələrlə çox maaş alırlar.

“Qızımız bizdən soruşur ki, onun nə vaxt öz otağı olacaq. Biz bilmirik, onun bu sualına nə cavab verək”, - deyə Nikol bildirir.

Onun sözlərinə görə, bütün dünyada kasıbları axtarıb onlara yardım edən “Facebook”un yaradıcısı Mark Zukerberq birinci növbədə özündən cəmi bir neçə mil məsafədə yaşayan işçilərinə diqqət yetirməlidir.

Bundan başqa, “Facebook”un kafesində çalışan bu şəxslər digər işçilərin onlara yuxarıdan aşağı və nifrət dolu nəzərlərlə baxdıqlarını bildirirlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu