“Facebook” modul smartfon istehsalına hazırlaşır




“Facebook” şirkəti öz modul smartfonunu istehsal etməyə planlaşdırır.

AzVision.az “Business İnsider”ə istinadən xəbər verir ki, qurğu üzərində qurumun gizli bölməsi işləyir. Qurğu barədə “Facebook”un özündə belə Mark Zuckerberglə yanaşı çox az adam məlumatlıdır.

Belə bir qurğunun hazırlandığını dolayısı yolla ötən həftə “Facebook” tərəfindən yayımlanan patentdə də təsdiqləyir. Sənəddə ekran, mikrofon, GPS-dən ibarət elektromaqnit modul qurğusu təsvir olunur. Qurğunun əsas xüsusiyyəti ondan ibarətdir ki, onun komponentləri “Lego” oyuncaqları kimi dəyişdirilə bilər.

Şayiələrə əsasən “Building 8” adlandırılan “Facebook”un gizli bölməsində daha əvvəl “Google” şirkətinin modul smartfon layihəsi olan “Google Project Ara” üzərində işləyən sabiq əməkdaşlarıdır.

Qeyd edək ki, “Google” şirkətinin modul smartfon layihəsi bazarda uğursuzluğa düçar olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu