“Bolge.tv”nin direktoru Vasif Turan səhhətilə əlaqədar vəzifəsindən istefa verdi




“Bolge.tv” internet televiziyasının direktoru Vasif Turan bir müddət işindən kənarda qalacaq.



Səhhətində yaranmış problemlərlə bağlı uzun müddətdir Türkiyənin İstanbul şəhərində xəstəxanaların birində müalicə olunan Vasif Turan yenidən baş qaldıran ağrılar səbəbilə Türkiyədə müalicəsini davam etdirəcək.

“Müalicə olunduğum müddətdə səlahiyyətlər “Bolge.tv”nin redaktoru İbrahim Mahmudova veriləcək.”
Bu sözləri əməkdaşlarımıza müsahibədə Vasif Turan deyib. V.Turan qeyd edib ki, səhhətində yaranmış problemlər aradan qaldırıldıqdan sonra yenidən öz işinin icrasına davam edəcək.
“Ağrılar bəzən işimə mane olur. Buna görə də qısa zamanda Türkiyəyə gedib müalicə olunmalıyam. İstəyim odur ki, müalicə qısa zamanda bitsin və doğmalarımı, həmkarlarımı sevindirim. Müalicədən qayıtdıqdan sonra yenidən öz işimə davam edəcəm” – deyə Vasif Turan bildirib.

Biz də kollektivimiz adından Vasif Turana Allahdan şəfa diləyirik.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu