Mehman Əliyev azadlığa çıxdı




Bakı Apellyasiya Məhkəməsində “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin barəsində olan həbs qətimkan tədbirinin dəyişdirilməsinin rədd edilməsi ilə bağlı Yasamal rayon Məhkəməsinin qərarından verdiyi apellyasiya şikayətinə baxılıb.

Bu barədə “Trend”ə M.Əliyevin vəkili Fuad Ağayev deyib. Onun sözlərinə görə, məhkəmənin qərarı ilə M.Əliyev barədə həbs qətimkan tədbiri ləğv edilib və o, azadlığa buraxılıb. Vəkil əlavə edib ki, qərara görə M.Əliyev barədə başqa yerə getməmək qətimkan tədbiri seçilib.

M.Əliyev 2017-ci il avqustun 24-də saxlanılıb. Ona Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilərək Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu