"Facebook" cərimələndi: 1,2 milyon avro




İspaniya höküməti "Facebook" sosial şəbəkəsini 1,2 mln. avro həcmində cərimələyib.

AzVision.az xarici KIV-ə istinadən xəbər verir ki, İspaniyanın Məlumatların Mühafizəsi Agentliyi (AEPD) sosial şəbəkənin müştərilərinin şəxsi məlumatlarından xəbərdarlıq etmədən istifadə etməsinə görə cəza verib.

Agentlik araşdırıb ki, sosial şəbəkə istifadəçilərin ideologiya, cinsiyyət, dini inanclar, şəxsi üstünlükləri və hansı saytlara keçməsi ilə bağlı məlumatlarını toplayıb.

"Agentlik ümumilikdə 3 ciddi hüquq pozutunsu ilə əlaqədar açıqlama yayıb. Onlardan biri olduqca ciddi hesab edilir. Bununla əlaqədar olaraq, AEPD "Facebook"u 1,2 mln. avro həcmində cərimələyib. Bu məbləğin 300 min avrosu müvafiq olaraq iki hüquq pozuntusu, 600 mini isə digər hüquq pozuntusu üçün nəzərdə tutulub", - deyə AEPD-dən bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu