AzTV-nin məşhur aparıcısına vəzifə verildi




“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində növbəti kadr dəyişiklikləri olub.

AFN bakupost.az-a istinadən xəbər verir ki, sədr Arif Alışanov qurumun nəzdində fəaliyyət göstərən Mədəniyyət televiziyasının “Xəbərlər” departamentinin baş redaktoru Lalə Məmmədovanı və onun müavini Aygün Budaqovanı vəzifələrindən azad edib. “Xəbərlər”in baş redaktoru vəzifəsinə isə AzTV-nin “Xəbərlər” proqramının aparıcısı, tanınmış jurnalist Dilarə Səlim təyin edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu