Azər Hüseynbala ürəyindən əməliyyat edildi




Tanınmış jurnalist Azər Hüseynbalanın ürək damarına stend qoyulub.

Jurnalistin oğu Turqut Əzizlinin “Report”a verdiyi məlumata görə, atası səhər saatlarında Mərkəzi Klinik Xəstəxanada əməliyyat olunub.

Onun sözlərinə görə, hazırda atası xəstəxananın reanimasiya şöbəsindədir: “Hazırda səhhəti normaldır, amma hələlik narkozdan ayılmayıb. Ona görə də yanına kimsə buraxılmır”.

Turqut onu da qeyd edib ki, Azər Hüseynbalanın ürəklə bağlı problemi olmayıb: “Onun sadəcə hipertoniyadan (təzyiqin yüksək olması) şikayəti var idi”.

Qeyd edək ki, tanınmış jurnalist ötən gün infarkt keçirirək xəstəxanaya yerləşdirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu