ANS açılacaq?- MTRŞ-dən açıqlama




Milli Televiziya və Radio Şurası (MTRŞ) ANS televiziyasının yenidən fəaliyyətə başlayacağı haqda şirkətin prezidenti Vahid Mustafayevin fikirlərinə münasibət bildirib.

MTRŞ-nin aparat rəhbəri Toğrul Məmmədov Azvision.az-a bildirib ki, ANS TV-nin açılması mümkün deyil.

“Bu barədə Ali Məhkəmənin qərarı mövcuddur. Şuranın qərarı qüvvədə saxlanılıb. Bundan başqa daha nə demək olar? Faktiki olaraq, Şura qərarını verib. Məhkəmə tərəfindən qərara dəyişiklik olunmayıb”, -deyə T.Məmmədov ANS-lə bağlı məsələyə aydınlıq gətirib.

MTRŞ rəsmisi əlavə edib ki, yaxın vaxtlarda Azərbaycanda yeni telekanalın yaradılması gözlənilmir.

Qeyd edək ki, Vahid Mustafayev müsahibəsində ANS-in yenidən açılacağını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu