Vüqar Qaradağlı işdən niyə çıxarıldı?- MTRŞ-dan açıqlama




“Azad Azərbaycan” Teleradio Yayım Şirkətinin rəhbərliyinin dəyişdirilməsi təsisçilər tərəfindən qəbul olunmuş qərardır.

Bunu AzVision.az-a Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov bildirib.

MTRŞ rəsmisi deyib ki, bu məsələdə başqa səbəb axtarmaq lazım deyil: ““Televiziya və radio yayımı" haqqında qanunun 2-ci maddəsinə əsasən, telekanal rəhbərliyinin dəyişdiriliməsi telekanalın təsisçilərinin səlahiyyətindədir. Təsisçilər istədikləri vaxt rəhbəri dəyişdirə bilərlər. Burada qeyri-adi heçnə yoxdur”.

Qeyd edək ki, bu gün Vüqar Qaradağlı ATV-nin rəhbəri vəzifəsindən uzaqlaşdırılıb və onun yerinə CBC telekanalının direktoru Azər Xəlilov təyin olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu