Reket jurnalistikaya qarşı mübarizə gücləndirilir




“Yaxın vaxtlarda Reket Jurnalistikaya qarşı Mübarizə Komissiyasının iclası keçiriləcək”.

Bunu Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib. Şura sədri bildirib ki, əlaqədar qurumlar öz nümayəndələrini Reket Jurnalistikaya qarşı Mübarizə Komissiyasına təhkim ediblər: “Mətbuat Şurası Reketçiliyə qarşı Mübarizə Komissiyasının fəaliyyətini genişləndirib. Məbuat Şurasının üzvləri, ayrı-ayrı KİV-in əməkdaşları həmin komissiyanın işində iştirak edirlər. Artıq Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin və digər əlaqədar qurumların nümayəndələri iclaslarda iştirak edəcəklər. Bundan sonra bu kimi məsələləri daha geniş müstəvidə müzakirə edəcəyik. Ola bilsin ki, bəzi məsələlərlə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət edilsin”. (azvision)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu