Tia.az saytı 8 yaşını qeyd edir


Tia.az saytı 8 yaşını qeyd edir


Bu gün Tribuna İnformasiya Agentliyinin (Tia.az) 8 yaşı tamam olur.

2009-cu il oktyabırın 6-da Azərbaycanda ilk internet portallarından biri kimi fəaliyyətə başlayan Tribuna İnformasiya Agentliyinin bu sahədə özünəməxsus yeri var. Bu sayt yarandığı dövrdə internet xəbər portallarının sayı olduqca az idi. Tia.az məhdud imkanlarla böyük nəticələr göstərən portaldır. Saytda dərc olunan xəbərlər, araşdırmalar həm ölkədə, həm dünyada baş verən proseslərin oxucuya obyektiv və operativ çatdırılması istiqamətində nümumə sayıla bilər. Haqqında danışdığımız sayt artıq 8 ildir fəaliyyət göstərir. Bu müddət ərzində haqqında şikayət olduğunu eşitməmişəm, nə Mətbuat Şurasının "qara siyahısı"na düşüb adı, nə də hər hansı məhkəmə çəkişməsində hallanıb. Bu da onun göstəricisidir ki, saytda kifayət qədər peşəkar kollektiv çalışır.
Tia.az saytının və yaradıcısı rəhbəri Əlişir Əhəd başqa olmaqla, portalın kollektivini təbrik edir, daha böyük uğurlar arzulayırıq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu