Daha bir jurnalist öldürüldü


Daha bir jurnalist öldürüldü


Media nümayəndələri üçün dünyanın ən təhlükəli ölkələrindən olan Meksikada növbəti qətl hadisəsi törədilib.



"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, San Luiz Potosi bölgəsinin polis şöbəsinin sözçüsü İvan Ojeda yerli mətbuat saytı üçün çalışan fotoqraf Edqar Daniel Esqeda Kastronun meyidinin havalimanı yaxınlığında tapılması barədə məlumat verib. Polis geyiminə bənzər forma ilə fotoqrafın evinə gələn və onu qaçırdan şəxslərin polis olmadığı bildirilir.

Kastro Meksikada bu il qətlə yetirilən 9-cu jurnalistdir.

Qeyd edək ki, jurnalistlər üçün ən təhlükəli ölkələrdən olan Meksikada 1992-ci ildən bəri 40 jurnalist qətlə yetirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu