ASGA sədri ATƏT-in tədbirində internet mediadan danışacaq


ASGA sədri ATƏT-in tədbirində internet mediadan danışacaq


Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, internet-media ekspert Səbuhi Abbasov 12-15 oktyabr tarixlərində Avstriyada reallaşacaq "İNTERNET AZADLIĞI KONFRANSI: İNTERNET MEDİANIN ROLU VƏ VƏZİFƏLƏRİ” adlı konfransda iştirak edəcək.



Bu barədə saytımıza QHT sədri özü məlumat verib: "12-15 oktyabr 2017-ci il tarixlərində Vyanada "İNTERNET AZADLIĞI KONFRANSI: İNTERNET MEDİANIN ROLU VƏ VƏZİFƏLƏRİ” adlı tədbir keçiriləcəkdir. Dünya ölkələrində internet-medianın hazırkı durumunun müzakirə olunacağı konfrans ATƏT-in təşkilatçılığı ilə keçiriləcəkdir. Tədbirdə media sahəsidə dünya ölkələrinin ünlü simaları bir araya gələrək internet medianın bugünkü rolundan, mövcud problemlərindən danışacaqlar. İnternet-media ekspert kimi orada ölkəmizdə bu sahədə aparılan işlərin obyektiv təqdimatını etmək niyyətindəyəm. Hesab edirəm beynəlxalq tədbirlərdə iştirak və məruzə həm də ölkəmizin tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir”

Qeyd edək ki, səfər Azərbaycan Respublikasının Prezidenti yanındaQHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşır. QHT sədri, həmçinin, səfər çərçivəsində Avstriyada və Macarıstanda bir sıra işgüzar görüşlər keçirəcəyini qeyd edib. (AzSlav.org)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu