Əflatun Amaşov Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

Xəbərin çap versiyası
Tarix: 13-10-2017, 17:34    |    Xəbər oxunub: 520 dəfə
Əflatun Amaşov  Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib


Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov və Şuranın İdarə Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli Avropa Mətbuat Şuraları Alyansının Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilmiş illik toplantısında iştirak edib.

MŞ sədri rəhbərlik etdiyi qurumun ötən bir ildəki fəaliyyəti barədə hesabat xarakterli çıxış edib. Şuranın əsas iş istiqamətləri barədə məlumat verən Ə.Amaşov bildirib ki, rəhbəri olduğu qurum qərar və rəylərinin çıxarılmasında “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın müvafiq prinsip və bəndlərinə söykənir. Bu qaydalarda 4 prinsip əsas götürülür.

Deputat elektron medianın fəaliyyətindən narazıların çoxalmasını xarakterik hal kimi önə çəkib. MŞ-nin mövcud xüsusdakı fəaliyyətinin spesifik məqamlarını qabardıb. O, Şuraya ünvanlanmış şikayətlərdəki bir sıra motivlərdən söz açıb. Qurumun fəaliyyətinə ictimai maraqların qorunmasına töhfə baxımdan aydınlıq gətirən Ə.Amaşov beynəlxalq təcrübədə rast gəlinməkdə olan konkret cəhətlərin oxşar və müqayisəli təhlilini də verib.

Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında həmçinin Avropada, eləcə də dünyada söz və ifadə azadlığı ilə bağlı tendensiyalar, Mətbuat Şurası institutlarının bu müstəvidə daşıdıqları missiya, internet media ilə əlaqədar tənzimləmə mexanizmləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Şuranın İdarə Heyətinin üzvü Yadigar Məmmədli çıxışında sosial şəbəkələrdə etik normaların pozulma ilə bağlı ayrı-ayrı məqamlardan söz açıb. Bu mövzudakı müzakirələrdə sosial şəbəkələrdə saxta profillərin şəxsi həyatın toxunulmazlığı prinsipinə təsiri məsələlərinə geniş yer verilib.

Qeyd edək ki, Avropa Mətbuat Şuraları Alyansının illik toplantısı oktyabrın 11-dən 13-dək keçirilib.

Əflatun Amaşov  Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib




AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Türk azarkeşlərdən “Qarabağ”a

Türk azarkeşlərdən “Qarabağ”a möhtəşəm dəstək-FOTOLAR

Qazaxıstanda 13 Azərbaycan vətəndaşı saxlanılıb

Qazaxıstanda 13 Azərbaycan vətəndaşı saxlanılıb

"Baku Electronics"dən müştəriyə onlayn satışda kələk

Ermənistanla bağlı Azərbaycanda çəkilmiş film Rusiyada qadağan edilib

Ermənistanla bağlı Azərbaycanda çəkilmiş film Rusiyada qadağan edilib

Kataloniya rəhbərliyi hakimiyyətdən kənarlaşdırıldı

Kataloniya rəhbərliyi hakimiyyətdən kənarlaşdırıldı

“Barselona” Arda Turanı satmaq istəyir

“Barselona” Arda Turanı satmaq istəyir

Barama FinTech Hackathon 2017 Mobile App layihəsinə qeydiyyat başladı

Barama FinTech Hackathon 2017 Mobile App layihəsinə qeydiyyat başladı

Vergilər Nazirliyinə işə qəbul imtahanı keçirilib

Vergilər Nazirliyinə işə qəbul imtahanı keçirilib

İqtisadiyyat naziri Ağdaşda vətəndaşları qəbul edib

İqtisadiyyat naziri Ağdaşda vətəndaşları qəbul edib

Qənirə Paşayevadan televiziyalara şəhidlərlə bağlı çağırış

Qənirə Paşayevadan televiziyalara şəhidlərlə bağlı çağırış

Müdafiə nazirindən qoşunlara tapşırıq

Müdafiə nazirindən qoşunlara tapşırıq

Gənc xanəndə Pərviz Qasımov solo konsert verəcək

Gənc xanəndə Pərviz Qasımov solo konsert verəcək

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur