JuHi Gender Qrupunun toplantısı keçirilib


JuHi Gender Qrupunun toplantısı keçirilib


Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) nəzdində fəaliyyət göstərən Gender Qrupun növbəti toplantısı keçirilib.


JuHİ mətbuat xidmətindən AFN-ə verilən məlumata görə, toplantıda Gender Qrupun ötən dövrdəki fəaliyyəti müzakirə olunub. Həmçinin, GQ-nin fəaliyyətinin genişləndirilməsi, yeni dövrün tələblərinə uyğunlaşdırılması yönündə təkliflər təqdim edilib. Müzakirələrin yekunu olaraq, GQ-nin Əsasnaməsinə əlavə və dəyişikliklər edilib. Dəyişikliyə əsasən, GQ onlayn medianı da özünün monitorinq sahəsinə daxil edib, həmçinin, onlayn media sahəsində çalışanların da GQ sıralarına qəbul edilmələrinə yol açıb.

Məlumat üçün bildirək ki, JuHİ nəzdində fəaliyyət göstərən Gender Qqurup Azərbaycan mediasında tətbiq edilən gender siyasətini araşdırır, bu sahədə tədqiqatlar aparırı, həmçinin, maarifləndirmə işləri həyata keçirir. Qurup ölkə mediasında Gender balansını, həmçinin, qadın jurnalistlərin əmək şəraitini monitorinq edir. Ötən dövrdə Qurup Azərbaycanın çap və elektron mediasında çalışan qadın jurnalistlərin statistikasını hazırlayıb, qadın jurnalistlərə qarşı olan münasibətə dair hesabat hazırlayıb (hesabatla bu linkdə tanış ola bilərsiz: http://juhi.az/qadin-jurnalistl%C9%99r/ ). Bundan sonra GQ onlayn medianı da özünün monitorinq sahəsinə daxil edərək bu sahədə də araşdırmalar aparacaq.

Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) Azərbaycanda media çalışanlarının sosial-iqtisadi hüquqlarının müdafiəsi üzrə ixtisaslaşmış yeganə Həmkarlar İttifaqı Təşkilatıdır. Azərbaycan Jurnalistlərinin peşəkar hüquqlarının qorunması, ölkədə söz və ifadə azadlığının inkişafına dəstək verilməsi JuHİ-nin əsas missiyasıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu