APRA PR sahəsində baş verən prosesləri müzakirə etdi


APRA PR sahəsində baş verən prosesləri müzakirə etdi


Azərbaycan PR Mütəxəssisləri Assosiasiyasının (APRA) nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilib.

AFN xəbər verir ki, ictimaiyyətlə əlaqələr sahəsi, eləcə də bu sahədə APRA tərəfindən 2017-ci ilin sonunadək keçiriləcək tədbirlərin müzakirəsi və qurumun təşkilati məsələlərinə həsr edilmiş tədbirdə “AtaHolding” Şirkətlər Qrupunun Korporativ kommunikasiyalar şöbəsinin rəisi Dilara Zamanova, “Veysəloğlu” şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlham Məmmədzadə, “Kommunikasiya və Konsultinq” MMC-nin rəhbəri Vəli Əlibəyov, Azərbaycan Sahibkarlar Konfederasiyasından Günel Məmmədova, Bakı Metropoliteni" QSC Ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Yaqut Əliyeva, “Paris Gallery” mağazalar şəbəkəsindən Aliyə Abbasova, B, “Proloq.az” saytından Arzu Soltan və Cəfər Mənsimi, eləcə də digər nümayəndələr qatılıblar.

Dəyirmi masanın gündəliyində duran əsas müzakirə mövzusu Azərbaycanda ictimaiyyətlə əlaqələrin problem və perspektivləri barədə olub. İlham Məmmədzadə, Vəli Əlibəyov, Dilarə Zamanova, Nəsimi Paşayev və digər iştirakçılar Azərbaycanın PR sahəsində baş verən proseslər, texnoloji yeniliklərin və yeni metodların tətbiqi, peşəkarlığın artırılması üçün lazım gələn vərdiş və bacarıqlara yiyələnmə kimi məsələlərdən söhbət açıblar. Qeyd edilib ki, PR qurumları tərəfindən ictimaiyyətə ötürülən informasiya kifayət qədər lazımlı və maraqlı olmalıdır. Məhz bu halda, həmin şirkət və ya təşkilat haqqında cəmiyyətdə maraq və məlumat, eləcə də etimad daha da artmış olur. Bu isə imic baxımından olduqca əlverişlidir.

Həmçinin, tədbirdə 2018-ci ildə keçiriləck “Azərbaycanda İctimaiyyətlə Əlaqələr: problemlər və perspektivlər” konfransının təşkili işləri ilə bağlı müzakirə aparılıb.

Qeyd edək ki, Azərbaycanda bir sıra aparıcı qurum və şirkətlərin PR mütəxəssislərini özündə birləşdirən APRA 2016-cı ilin may ayında təsis olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu