Heydər Əliyev Fondu və “Novo Nordisk” şirkəti jurmalistlər üçün müsabiqə elan edib


Heydər Əliyev Fondu və “Novo Nordisk” şirkəti jurmalistlər üçün müsabiqə elan edib


Heydər Əliyev Fondunun və “Novo Nordisk” şirkətinin birgə təşəbbüsü ilə ölkəmizdə “Azerbaijan Changing DiabetesTM Awards” layihəsi çərçivəsində jurnalistlər üçün müsabiqəyə start verilib.



Layihə çərçivəsində İlin ən yaxşı jurnalisti (Best journalist of the year) nominasiyası təqdim olunacaq. Şəkərli diabet xəstəliyi ilə mübarizəyə dair, o cümlədən şəkərli diabet haqqında maarifləndirici yazı müəllifləri, şəkərli diabetlə bağlı tədbirlərdə iştirak edən jurnalistlər müsabiqədə iştirak edə bilərlər. Müsabiqədə şəkərli diabetli pasiyentlərin həyat tərzinin yaxşılaşdırlımasına yönəlmiş, həmçinin şəkərli diabetin müalicəsinin xərclərinə və onların optimallaşdırılmasına həsr olunmuş məqalə müəlliflərinə üstünlük veriləcək. Jurnalistlər tarixindən asılı olmayaraq mətbuatda sözügedən mövzuda çap olunan məqalələrini acda2017@novonordisk.com email ünvanına göndərə bilərlər. Məqalə müəllifləri məqalə ilə birlikdə öz tərcümeyi-hallarını da məktuba əlavə etməlidirlər.

Fərqlənən yazı müəlliflərini Heydər Əliyev Fondunun və “Novo Nordisk” şirkətindən dəyərli hədiyyələr gözləyir. Qaliblər noyabr ayının 29-da keçiriləcək “Azerbaijan Changing DiabetesTM Awards” mükafatının təqdim etmə mərasimində açıqlanacaq.

Heydər Əliyev Fondu və “Novo Nordisk” şirkəti bütün media nümayəndələrini müsabiqədə fəal iştiraka çağırır!



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu