“WhatsApp” niyə işləmir?- nazirlikdən açıqlama


“WhatsApp” niyə işləmir?-


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “WhatsApp” mesencerinin fəaliyyətində yaranan problemə aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətindən AzVision.az-a bildirilib ki, messengerin fəaliyyətindəki problem internetlə bağlı deyil.

"Bu, proqramda yaranmış problemdir. Qlobal məsələdir və bizim mütəxəssislərimiz məsələni araşdıracaqlar. Problemin nədən qaynaqlandığı barədə ictimaiyyətə məlumat veriləcək"- məlumatda qeyd edilib.

Qeyd edək ki, bu gün “WhatsApp” messengerinin fəaliyyətində problem yaranıb. İstifadəçilər “WhatsApp” vasitəsilə ismarıc göndərə bilmirlər. Problem Azərbaycanla yanaşı dünyanın bir çox ölkəsində müşahidə olunur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu