Jurnalistlər karnavala hazırlaşır- AZƏRBAYCANDA İLK

Xəbərin çap versiyası
Tarix: 21-11-2017, 21:16    |    Xəbər oxunub: 563 dəfə
Jurnalistlər karnavala hazırlaşır-


Azərbaycanda ilk dəfə olaraq jurnalistlər “İl Sonu Karnavalı” keçirəcəklər. Karnaval ölkədə fəaliyyət göstərən jurnalistlərin yaratdığı “Mətbuat Qeyri-Rəsmi” Jurnalist Klubu (JK) tərəfindən təşkil olunur.



Tədbir dekabrın 22-də Bakıda keçiriləcək və 200-ə qədər jurnalistin iştirakı nəzərdə tutulub. Karnavalda ölkədəki bütün aparıcı mətbuat orqanlarında çalışanların, müstəqil jurnalistlərin və qonaq qismində ictimai xadimlərin, deputatların iştirakı nəzərdə tutulub.

Beynəlxalq tədbirlərin təşkilatçılığına cəlb olunmuş peşəkar ssenaristlərin dəstəyi ilə hazırlanan karnaval məzmununa görə ölkədə ilk dəfə keçirilmiş olacaq. Məqsəd jurnalistlərin sərbəst və qeyri-adi formada il sonu bayramını təşkil etməkdir.

Qeyd edək ki, “Mətbuat Qeyri-Rəsmi” JK 2012-ci ildə bir qrup jurnalist tərəfindən yaradılıb, media nümayəndələrinin işdən kənar asudə vaxtının təşkili, peşəkar sahədə fikir mübadilələrini nəzərdə tutan toplantıların keçirilməsi, Bakıda fəaliyyət göstərən jurnalistlərin ölkənin regionlarında ilə tanışlığının təmin edilməsini əhatə edir. Qurumun təşkilat komitəsi jurnalistlər Yelena Sidorenko, Murad Əliyev və Mübariz Aslanovdan ibarətdir. (lent.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Türkiyə Şərqi Qüdsdə səfirlik açacaq

Türkiyə Şərqi Qüdsdə səfirlik açacaq

Bakıda böyük tikinti şirkətinin rəhbəri həbs olundu-

Bakıda böyük tikinti şirkətinin rəhbəri həbs olundu- YENİLƏNİB

Azərbaycan 10-dan çox ölkəyə hərbi məhsul ixrac edir

Azərbaycan 10-dan çox ölkəyə hərbi məhsul ixrac edir

Sevdiyi oğlanla ailə qura bilməyən qız özünü öldürmək istədi

Sevdiyi oğlanla ailə qura bilməyən qız özünü öldürmək istədi

OPEK-dən Azərbaycan nefti ilə bağlı proqnoz

OPEK-dən Azərbaycan nefti ilə bağlı proqnoz

Azərbaycan cüdoçusu Ukraynanın mütləq çempionu oldu

Azərbaycan cüdoçusu Ukraynanın mütləq çempionu oldu

Kiyevdə Saakaşvili tərəfdarlarının yürüşü başladı

Kiyevdə Saakaşvili tərəfdarlarının yürüşü başladı

Ərdoğanı öldürmək istəyən 9 terrorçu həbs olundu

Ərdoğanı öldürmək istəyən 9 terrorçu həbs olundu

Azərbaycanlı alimin ixtirası “dəm qazı terroru”na son qoyacaq

Azərbaycanlı alimin ixtirası “dəm qazı terroru”na son qoyacaq

Saakaşvili Poroşenkoya barışıq təklif edib

Saakaşvili Poroşenkoya barışıq təklif edib

NATO Rusiya təhlükəsinə qarşı qüvvələri üçqat artırdı

NATO Rusiya təhlükəsinə qarşı qüvvələri üçqat artırdı

Bakıda böyük tikinti şirkətinin rəhbəri saxlanıldı

Bakıda böyük tikinti şirkətinin rəhbəri saxlanıldı

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur