İcra başçısı prezidentin "dost" dediyi şəxsə qarşı qərəz nümayiş etdirir

Xəbərin çap versiyası
Tarix: 6-12-2017, 18:23    |    Xəbər oxunub: 540 dəfə
İcra başçısı prezidentin "dost" dediyi şəxsə qarşı qərəz nümayiş etdirir


"Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası"nın sədri, eyni zamanda "7news" xəbər portalının baş redaktoru Səbuhi Abbasov xüsusi ittiham qaydasında məhkəməyə verilib.

Bu barədə o özü verdiyi məlumatda qeyd edir ki, Abşeron icra başçısı İradə Gülməmmədova bu vasitə ilə ona təzyiq göstərir: "Bu gün Binəqədi rayon məhkəməsində Abşeron icra başçısı İradə Gülməmmədovanın şikayəti ilə xüsusi ittiham qaydasında şəxsimə və rəhbəri olduğum xəbər portalına qarşı iddia ilə bağlı növbəti məhkəmə keçirildi. Öncəliklə qeyd edim ki, ilin əvvəlində gedən yazı başqa saytın məhsuludur. Olduğu kimi istinadla vermişik. Yazı dərc olunmamışdan öncə dəfələrlə mövqe öyrənilməsinə, icra hakimiyyətinin rəsmi saytında göstərilən nömrələrlə əlaqə saxlamağa çalışmışıq. Başı tikinti-söküntüyə qarışan xanım başçını tapmaq ümumiyyətlə möcüzə kimi qəbul edilir. Əl-qərəz hakimə deyirəm yazı istinadla verilib, mənbə də zalda. Yazını tək biz yox, onlarla sayt verib".

S.Abbasov icra başçısı barədə müəyyən iddialar da səsləndirərək əlavə edib: "Bundan başqa Abşerondakı mövcüd vəziyyət hər kəsə bəllidir. Hətta təklif etdim ki, gəlin hər birimiz indi cəhd edək, xanım icra başçısı ilə bir jurnalist kimi əlaqə yaratmağa çalışaq. Mümkün olacaqmı? Hakimə bu sualı verdikdə "bu mənə maraqlı deyil" fikrini deməklə əslində mövcud vəziyyəti təsvir etmiş oldu. Qərar elan olundu ki, mən təqsirləndirilən şəxs qismində 13 dekabrda olacaq növbəti məhkəməyə qatılmalıyam. Bilirsiniz, ümumiyyətlə belə təfəkkürlü insanlar idarəçilikdən uzaqlaşdırılmalıdırlar. Bir nəfər mənə desin ki, İradə Gülməmmədova bu dövlət üçün strateji olaraq hansı xidmətə imza atıb. O hansı üz ilə medianı xüsusi ittiham qaydasında məhkəməyə verilir? Yaxud məhkəmə sistemi niyə haqlı tərəf olan vətəndaş cəmiyyətinin deyil, fəaliyyəti hər kəsə bəlli olan xanım məmurun yanında olur? Görünən odur ki, hələ də bəzi məmurlar Cənab Prezidentin çağırışlarını ya başa düşmür, ya da özünü elə göstərirlər ki, guya başa düşmürlər. İstənilən halda beyni korrupsiyalaşmış, harınlamış, dövlətin, dövlət başçısının müsbət imici «xərcləyən» məmurlar çox qısa zaman kəsiyində layiq olduqları yeri görəcəklər".




AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Bakıda “Texnologiyalar və İnnovasiyalar:İqtisadi islahatlar və inkişaf perspektivləri” mövzusunda konfrans keçirilib

Bakıda “Texnologiyalar və İnnovasiyalar:İqtisadi islahatlar və inkişaf perspektivləri” mövzusunda konfrans keçirilib

Bakıya 20 ədəd avtobus gətirilib-

Bakıya 20 ədəd avtobus gətirilib- FOTOLAR

Diaspor rəhbəri Ukraynanın aparıcı KİV nümayəndələri ilə görüşdü-

Diaspor rəhbəri Ukraynanın aparıcı KİV nümayəndələri ilə görüşdü- FOTOLAR

Silahlı Qüvvələrin rəhbər heyətinin toplantısı keçirilir-

Silahlı Qüvvələrin rəhbər heyətinin toplantısı keçirilir- FOTOLAR

MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

"Bakcell"ə Qərbi Kaspi Universiteti arasında əməkdaşlıq memorandum imzalanıb- FOTOLAR

Kərəm Həsənov Ağcabədidə vətəndaş qəbulu keçirib

Kərəm Həsənov Ağcabədidə vətəndaş qəbulu keçirib

Gəncəyə qarşı təxribat xarakterli yazıların SİFARİŞÇİSİ bəlli oldu-

Gəncəyə qarşı təxribat xarakterli yazıların SİFARİŞÇİSİ bəlli oldu- “Şikayətçilərin” XAÇ ATASI var imiş

Patent və Əmtəə Nişanları Mərkəzi 2017-ci il üzrə “UĞUR” Milli Mükafatının laureatı elan edilib

Patent və Əmtəə Nişanları Mərkəzi 2017-ci il üzrə “UĞUR” Milli Mükafatının laureatı elan edilib

ATMU-da “Turizm biznesi: təhsildən karyera doğru” adlı tədbir keçirilib-

ATMU-da “Turizm biznesi: təhsildən karyera doğru” adlı tədbir keçirilib- FOTOLAR

Hava dumanlı və çiskin olacaq...

Hava dumanlı və çiskin olacaq...

Xırdalanda 17 mərtəbəli bina yanır, sakinlər köməksiz vəziyyətdə qalıb-

Xırdalanda 17 mərtəbəli bina yanır, sakinlər köməksiz vəziyyətdə qalıb- FOTOLAR-YENİLƏNİB

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur