TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Mətbuat Şurasında olub- FOTOLAR

Xəbərin çap versiyası
Tarix: 14-12-2017, 16:19    |    Xəbər oxunub: 575 dəfə
TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Mətbuat Şurasında olub-


Bu gün TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Murat Akkoç Mətbuat Şurasında olub.



Qonağı salamlayan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, Azərbaycan və Türkiyə arasındakı dostluq və qardaşlığın doğurduğu çoxşaxəli əməkdaşlıq xəttində media orqanları arasındakı münasibətlər də mühüm yer tutub. İllər keçdikcə qarşılıqlı iş birliyi yüksələn xətt üzrə inkişaf edib və etməkdədir. Bu əməkdaşlığın yaranmasında isə TRT-nin rolu son dərəcə böyükdür. «TRT dövlət müstəqilliyimizin ilk illərindən Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm missiya yerinə yetirib və hər zaman iki qardaş ölkə arasındakı əlaqələrə misilsiz töhfə verib. Hazırda da TRT hər zamankı xəttinə sadiqdir. Bu telekanal eyni zamanda Azərbaycan jurnalistləri üçün müstəsna təcrübə mənbəyidir. Hesab edirəm ki, gələcək əməkdaşlığımızda bu cəhət nəzərə alınmalıdır», - deyə Ə.Amaşov vurğulayıb.

TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri M.Akkoç təmsil etdiyi qurumla Azərbaycan mediası arasındakı münasibətlərin daha da dərinləşməsinin vacibliyini dilə gətirib və perspektiv əməkdaşlığın faydalı tərəflərinə diqqət çəkib. Görüşdə bu baxımdan örnək səciyyə daşıyan məqamlardan, türk dünyasının media qurumlarının konsolidasiyası ilə bağlı məsələlərdən, ortaq həqiqətlərin təbliği istiqamətindəki yeni fəaliyyət istiqamətlərindən söz açılıb.

Görüşdə həmçinin jurnalistika sahəsində peşəkarlıq kursları, təhsil proqramları, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin jurnalistləri ilə əməkdaşlıq məsələləri ətrafında da geniş fikir mübadiləsi aparılıb.

TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Mətbuat Şurasında olub-
TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Mətbuat Şurasında olub-
TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Mətbuat Şurasında olub-





AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Borsunluda sahələri susuz qoyan birlik dövlət büdcəsinə borcunu ödəmir-

Borsunluda sahələri susuz qoyan birlik dövlət büdcəsinə borcunu ödəmir- ARAŞDIRMA

ƏƏSMN e-xidmətlərdən istifadə ilə bağlı sorğu keçirib

ƏƏSMN e-xidmətlərdən istifadə ilə bağlı sorğu keçirib

Araz Əlizadə qardaşının müdafiəsinə qalxdı:

Araz Əlizadə qardaşının müdafiəsinə qalxdı: “Ağamalı özünü baron Münhauzen kimi aparır”

Bakıda daha bir sərnişin avtobusu qəzaya uğradı-

Bakıda daha bir sərnişin avtobusu qəzaya uğradı- FOTOLAR

AŞPA-nın yeni prezidentinin adı məlum olub

AŞPA-nın yeni prezidentinin adı məlum olub

FHN-in əməkdaşı “cücə oğurluğu”nda ittiham edilir-

FHN-in əməkdaşı “cücə oğurluğu”nda ittiham edilir- ŞİKAYƏT+FOTO

Alpinistlərin getdiyi ərazilərdə qar nə vaxt əriyəcək?

Alpinistlərin getdiyi ərazilərdə qar nə vaxt əriyəcək? AÇIQLAMA

Dilçilik institutunun rəhbərləri “Dövlət dili” qanununu niyə təhrif edirlər?

Dilçilik institutunun rəhbərləri “Dövlət dili” qanununu niyə təhrif edirlər?

Azərbaycanda 14 yaşına qədər uşaqlara dərman satışı qadağan edilə bilər

Azərbaycanda 14 yaşına qədər uşaqlara dərman satışı qadağan edilə bilər

Sumqayıtda icra başçısının müavini sahibkarlığı boğur-

Sumqayıtda icra başçısının müavini sahibkarlığı boğur- ŞİKAYƏT

Sabah hava yağmursuz olacaq

Sabah hava yağmursuz olacaq

Bu BOKT-ların internet səhifəsi yoxdur

Bu BOKT-ların internet səhifəsi yoxdur

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur