MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

Xəbərin çap versiyası
Tarix: 15-12-2017, 15:33    |    Xəbər oxunub: 556 dəfə
MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib


Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Gürcüstanın paytaxtı Tiflisdə Şərq Tərəfdaşlığına üzv ölkələrin jurnalistlərinin növbəti toplantısında iştirak edib.



Avropa Şurasının və Avropa Birliyinin təşkilatlığı ilə keçirilmiş tədbirdə MŞ sədri çıxış edərək rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərindən, söz və ifadə azadlığı ilə bağlı xarakterik tendensiyalardan söz açıb. Ə.Amaşov bildirib ki, Şuranın başlıca missiyası media orqanları ilə bağlı şikayətlərin araşdırılmasından ibarətdir. Bu xüsusda o, şikayətlərin strukturuna, hansı tələblərin yer almasına, MŞ-nin qərar və rəylərinin şikayətlərdəki tələblərə nə dərəcə adekvat olmasına diqqət çəkib. Ə.Amaşov həmçinin internet media orqanlarının fəaliyyətindən narazılıqların, onların peşə prinsiplərinə etinasız yanaşmalarının ənənəvi medianı üstələməsini xarakterik hal kimi vurğulayıb. MŞ sədri eyni zamanda praktika qarşılaşılan bir sıra məqamlar barədə fikirlərini bölüşərək jurnalistikada peşə etikası ilə əlaqədar standartlara müxtəlif yanaşmaların olduğunu bildirib. Mövcud istiqamətdəki yeniliklərin təbliğinə daim ehtiyacın duyulduğunu söz və ifadə azadlıqlarının təminatında vacib məqamlardan biri olaraq önə çəkib.

Qeyd edək ki, toplantıda Şərq Tərəfdaşlığı Ölkələri Jurnalistləri Birliyinin regionda söz və ifadə azadlığı ilə bağlı məsələlərə həssaslığının artırılması yolları ətrafında müzakirələr aparılıb, bununla bağlı konkret situasiyalar təhlil olunub. Müzakirələr gedişində təşkilatın informasiya portalının yaradılması və peşə davranışı qaydalarının hazırlanması barədə qərar qəbul edilib.

Onu da deyək ki, toplantıda Ə.Amaşovla yanaşı MŞ İdarə Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli və «Baku Network»un Ekspertlər Şurasının rəhbəri Elxan Ələsgərli də iştirak edib.

MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib
MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib





AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Borsunluda sahələri susuz qoyan birlik dövlət büdcəsinə borcunu ödəmir-

Borsunluda sahələri susuz qoyan birlik dövlət büdcəsinə borcunu ödəmir- ARAŞDIRMA

ƏƏSMN e-xidmətlərdən istifadə ilə bağlı sorğu keçirib

ƏƏSMN e-xidmətlərdən istifadə ilə bağlı sorğu keçirib

Araz Əlizadə qardaşının müdafiəsinə qalxdı:

Araz Əlizadə qardaşının müdafiəsinə qalxdı: “Ağamalı özünü baron Münhauzen kimi aparır”

Bakıda daha bir sərnişin avtobusu qəzaya uğradı-

Bakıda daha bir sərnişin avtobusu qəzaya uğradı- FOTOLAR

AŞPA-nın yeni prezidentinin adı məlum olub

AŞPA-nın yeni prezidentinin adı məlum olub

FHN-in əməkdaşı “cücə oğurluğu”nda ittiham edilir-

FHN-in əməkdaşı “cücə oğurluğu”nda ittiham edilir- ŞİKAYƏT+FOTO

Alpinistlərin getdiyi ərazilərdə qar nə vaxt əriyəcək?

Alpinistlərin getdiyi ərazilərdə qar nə vaxt əriyəcək? AÇIQLAMA

Dilçilik institutunun rəhbərləri “Dövlət dili” qanununu niyə təhrif edirlər?

Dilçilik institutunun rəhbərləri “Dövlət dili” qanununu niyə təhrif edirlər?

Azərbaycanda 14 yaşına qədər uşaqlara dərman satışı qadağan edilə bilər

Azərbaycanda 14 yaşına qədər uşaqlara dərman satışı qadağan edilə bilər

Sumqayıtda icra başçısının müavini sahibkarlığı boğur-

Sumqayıtda icra başçısının müavini sahibkarlığı boğur- ŞİKAYƏT

Sabah hava yağmursuz olacaq

Sabah hava yağmursuz olacaq

Bu BOKT-ların internet səhifəsi yoxdur

Bu BOKT-ların internet səhifəsi yoxdur

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur