“FTV” fəaliyyətə başlayır


“FTV” fəaliyyətə başlayır


Azərbaycanda yeni telekanal açılır.



“Farrukh Media” daxilində fəaliyyətə başlayacaq kanalın proqramlar departamentinin rəhbəri Famil Məcidlinin “Kivnews.com”-a verdiyi məlumata görə, teleşirkət ilkin dövrdə onlayn yayım həyata keçirəcək. Üzümüzə gələn həftədən test yayımı gerçəkləşdiriləcək. Perspektivdə yayım əhatəsinin genişləndirilməsi də nəzərdə tutulur. Kanal öz “həyatın bütün rəngləriylə” sloqanına sadiq qalaraq, elmi-kütləvi, maarifləndirici, eləcə də əyləncəli verilişlər yayımlamağı planlaşdırır. “FTV” eyni zamanda informasiya buraxılışlarıyla da diqqət çəkməyə çalışacaq. Bunun üçün telekanalda gərgin hazırlıq prosesi gedir.

Qeyd edək ki, telekanalın saytı artıq fəaliyyətdədir: www.ftv.az



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu