Baş redaktorlar Müdafiə Nazirliyi rəhbərliyinə operativliklə bağlı irad bildiriblər

Xəbərin çap versiyası
Tarix: 14-02-2018, 12:42    |    Xəbər oxunub: 526 dəfə
Baş redaktorlar Müdafiə Nazirliyi rəhbərliyinə operativliklə bağlı irad bildiriblər


Bu dəqiqələrdə Müdafiə Nazirliyində KİV redaktorları ilə nazirliyin rəhbər şəxslər arasında görüş keçirilir.



AFN virtualaz.org-a istinadən xəbər verir ki, görüşdə E.Fətullayev ermənilər tərəfindən həyata keçirilən informasiya diversiyasının qarşısının vaxtında və effektiv alınmasının mühümlüyü məsələsini qaldırıb. Jurnalist bildirib ki, bir çox hallarda Ermənistan Müdafiə Nazirliyi daha operativ işləyir və bunda Azərbaycan Müdafiə Nazirliyinin məbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlının günahı yoxdur.

“Vaqif Dərgahlının telefonu sutka boyu jurnalistlərə açıqdıq, sadəcə olaraq onun səlahiyyətlərini artırmaq lazımdır. Nəyə görə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyan özünü daha sərbəst hiss edir və sosial şəbəkələrdə cəbhədən gələn xəbərləri operativ yerləşdirir?”-E.Fətullayev sual edib.

Jurnalist xatırladıb ki, indi 21-ci əsrdir və internet əsrində hansısa informasiyanı gizlətmək mümkün deyil. O zaman erməni təbliğatçılarına informasiya manipulyasiyası üçün şərait nəyə görə yaradılır?

Polkovnik Dərgahlı bu fikirlərə cavab olaraq deyib ki, o zabidir və əmrə tabedir. E.Fətullayevin narahatlığını APA informasiya agentliyinin baş redaktoru Vüsalə Mahirqızı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlu, jurnalist Rey Kərimoğlu və digərləri də dəstəkləyib.

V.Mahirqızı ordu üzərində ictimai nəzarətin gücləndirilməs məsələsini qaldırıb. “Dövlət sirri nə deməkdir? Əgər informasiya jurnalistin əlinə keçirsə o artıq dövlət siri deyil, Müdafiə Nazirliyinin problemidir”-Mahirqızı deyib.

Görüşdə çıxış edən müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev qeyd edib ki, Azərbaycan ordusu onsuz da ictimai nəzarət altındadır. “Bizim hərbi hissələrə müntəzəm olaraq Ombusman aparatının nümayəndələri baş çəkir. Baş prokurorluqla birlikdə vaxtaşırı olaraq profilaktik işlər aparılır. Hərbi hissələrə jurnalistlərin səfərləri təşkil olunur, ancaq onların bir çoxu sensasiya dalınca qaçır. Bəyəm Rusiya və ya ABŞ ordusunda problem yoxdur? Bəs siz görmüşünüz ki, onların mətbuatı itkilər barədə məlumatları dərc etsinlər?”-general bildirib.

Nazir müavini əlavə edib ki, Vaqif Dərgahlının kifayət qədər səlahiyyətləri var. Lakin yaymazdan əvvəl informasiyanı dəqiqləşdirmək lazımdır. “Mən Eynulla Fətullayevlə haradasa razıyam, amma siz də bizi başa düşməlisiniz. Biz hamımız operativlik üçün can atırıq”-o deyib.

Baş redaktorlar Müdafiə Nazirliyi rəhbərliyinə operativliklə bağlı irad bildiriblər

Baş redaktorlar Müdafiə Nazirliyi rəhbərliyinə operativliklə bağlı irad bildiriblər

Baş redaktorlar Müdafiə Nazirliyi rəhbərliyinə operativliklə bağlı irad bildiriblər

Baş redaktorlar Müdafiə Nazirliyi rəhbərliyinə operativliklə bağlı irad bildiriblər





AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Bərdədə övladlarını yanğından xilas edən ata xəsarət aldı

Bərdədə övladlarını yanğından xilas edən ata xəsarət aldı

Magistraturaya qəbul imtahanı keçirilib

Magistraturaya qəbul imtahanı keçirilib

Afrində türk əsgər şəhid olub

Afrində türk əsgər şəhid olub

Qış Olimpiya Oyunları başa çatdı

Qış Olimpiya Oyunları başa çatdı

"Türklər ermənilərə soyqırım etmiş" deyən Hollandiyanın SOYQIRIM KEÇMİŞİ

İsrail kəşfiyyatı Suriyada Rusiyanın məxfi Su-57 qırıcılarını görüntülədi

İsrail kəşfiyyatı Suriyada Rusiyanın məxfi Su-57 qırıcılarını görüntülədi

Hərbçiləri daşıyan avtobus aşdı-

Hərbçiləri daşıyan avtobus aşdı- xəsarət alanlar var

Slavyan Universiteti ilə Təhsil Nazirliyi üz-üzə:

Slavyan Universiteti ilə Təhsil Nazirliyi üz-üzə: Əcnəbi tələbələr universitetdən niyə qovulur?

Başına 4 milyon qoyulan keçmiş PYD lideri ələ keçirildi

Başına 4 milyon qoyulan keçmiş PYD lideri ələ keçirildi

Bakıda sürücü

Bakıda sürücü "Lexus"la yol kəsdi, sosial şəbəkələrdə tənqid olundu

Bu gündən seçicilərə səsvermə vəsiqəsinin verilməsinə başlanılır

Bu gündən seçicilərə səsvermə vəsiqəsinin verilməsinə başlanılır

Bankların vətəndaşa qarşı hədə-qorxu vasitəsi:

Bankların vətəndaşa qarşı hədə-qorxu vasitəsi: Qanun pozuntusu

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur