Prezident jurnalistlərə təbrik ünvanladı


Prezident jurnalistlərə təbrik ünvanladı


Bu saatlarda Rəşid Behbudov adına Mahnı Teatrında Azərbaycan jurnalistlərinin VII qurultayı keçirilir.



AFN modern.az-a istinadən xəbər verir ki, qurultayın açılışını elan edən Azərbaycan Mətbuat Şurasımın sədri Əflatun Amaşov deyib ki, tədbirdə quruma üzv olan 166 təşkilatdan 240-dək nümayəndə iştirak edir.

Qurultayda Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov çıxış edərək dövlət başçısı İlham Əliyevin təbrikini çatdırıb.

Qurultayda Azərbaycan Mətbuat Şurası sədrinin və Nəzarət-Təftiş Komissiyasının hesabatları dinləniləcək, hesabat ətrafında müzakirə aparılacaq, Şuranın İdarə Heyətinin yeni tərkibi seçiləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu