AMEA rəsmisi jurnalistləri təhqir edən direktoru müdafiə etdi


AMEA rəsmisi jurnalistləri təhqir edən direktoru müdafiə etdi


AMEA-nın Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədovun jurnalistlərin ünvanına təhqiramız fikirlər söyləməsi, onları “bezdarnı”, "savadsız", "heç nəyə yaramayan" adlandırması qələm əhlinin etirazına səbəb olub.

AzVision.az R.Məmmədovun qalmaqala səbəb olan sözləri ilə bağlı AMEA-nın rəsmi mövqeyini öyrənməyə çalışıb.

AMEA-nın İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin rəhbəri Zülfüqar Fərzəliyev bildirib ki, iki nəfərin arasında hansı söhbətin olduğunu heç kəs bilə bilməz. Ola bilsin ki, jurnalist həmin şəxsi əsəbləşdirib və belə cavab verilib: “Bu, insanın şəxsi mövqeyi ola bilər, bu adamın özündən, danışmağından asılı deyil. Ramiz müəllim haqqında nə deyə bilərəm, belə danışır. Həm də sözləri konteksdən çıxarılıb. Bilmirəm jurnalist ona nə deyib. Bəlkə jurnalist ona “sabahın xeyir” əvəzinə “zəhər” deyib. Biz bunu bilmirik. İki nəfərin arasında olan söhbətdir. Bunların söhbətinin nə tərzdə getdiyi bəlli deyil. Mən özüm də jurnalistəm və belə faktlarla rastlaşıram. Sizi başa düşürəm. Təhqirin əsasında nə yatdığını, aralarında nə olduğunu bilmirəm. Araşdırmaq üçün vaxt, zaman lazımdır. Hər gün belə faktlarla avtobusda, şəhərdə dəfələrlə üzləşirik”.

Z.Fərzəliyev İnstitut direktoru ilə telefonla danışdığını və məsələni öyrəndiyini qeyd edib: “O da deyir ki, “mənə zəng edib ədəbsiz, ərkansız danışıb. Mən də ona demişəm "sağol", vəssalam”. Yəni söhbət alınmadığı üçün müsahibəni dayandırıb. Belə olub. Həmin sözün Ramiz müəllimin ağzından çıxdığını kim bilir? Bunun harada sübutu var? Azərbaycan millətinin Ramiz Məmmədovdan başqa dərdi yoxdur? O, bir cavab verib və siz bunu bayraq etmisiniz. Lazım deyil. Siz jurnalistə niyə inanırsınız, Ramiz müəllimə yox. Hər halda akademik səviyyəsinə çıxıbsa, Ramiz müəllimin Azərbaycan xalqı qarşısında xidməti ondan az deyil. Jurnalist bəlkə zəng edib, pis söz deyib, o da ağır cavab verib. 99 faiz jurnalistlər naşı adamlardır və qalmaqal axtarır. Gözümüzlə bunu görmüşük. O da yazır ki, Ramiz müəllim qalmaqalın ortasına düşsün. Havada baxın görün qasırğa var? Bakı daima küləklər şəhəri olub, hamı da normal yaşayıb. Kimsə deyib ki, qasırğa olacaq, bu da bunun ortasına düşüb. Burada bir şey yoxdur, məsələni Respublika səviyyəsində çatdırmağa ehtiyac yoxdur”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu