Tərəfdar.az xəbər saytının 2 yaşı tamam olur


Tərəfdar.az xəbər saytının 2 yaşı tamam olur


Bu gün ölkənin reytinqli internet KİV-lərindən biri olan Tərəfdar.az saytının fəaliyyətə başlamasından 2 il ötür.



2016-ci il aprelin 1-dən onlayn xəbər saytı kimi fəaliyyətə başlayan Tərəfdar.az ötən 2 il müddətində özünəməxsus imic formalaşdırmağı, geniş auditoriyaya sahiblənməyi bacarıb. Aylıq izləyicisi on minlərlə olan sayt Azərbaycan mediasının əsas təhlil saytlarından biri hesab olunur. Saytın eksklüziv xəbərləri bir çox ölkələrdə, eləcə də qardaş Türkiyənin ən nüfuzlu saytlarında da yer alır. Ölkədə ictimai fikrin formalaşdırılmasında ciddi rol oynayan Tərəfdar.az fasiləsiz olaraq oxucularını informasiya ilə təmin edir.

2 il əvvəl müstəqil media qurumu kimi yaranan sayt ölkənin və dünyanın hadisələrini izləyir, təhlil edir və oxuculara çatdırır. Tərəfdar.az əyləncə və şou xarakterli məlumatlara yer ayırmır və ictimai-siyasi xarakterli ciddi media quruluşu olmağa iddialıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu