Azərbaycanlı jurnalistin İlham Əliyevlə səmimi müsahibəsi-VİDEO


Azərbaycanlı jurnalistin İlham Əliyevlə səmimi müsahibəsi-VİDEO


"Space" TV-nin keçmiş əməkdaşı Elnur Kələntərov illər öncə İlham Əliyevdən götürdüyü müsahibəni yayımlayıb.

AFN xəbər verir ki, o, şəxsi arxivindən yayımladığı videoya aşağıdakı şərhi yazıb:

Bu müsahibəni nə az, nə çox düz 18 il bundan əvvəl almışdım. Səmimi söhbət zamanı İlham Əliyev qeyd etdi ki, mən etibar edilən işlərin öhdəsindən gəlmək üçün işləyirəm, mənim fəaliyyətim reklam olunmağım üçün deyil. Məni tanıyan tanıyır...
Bu gün müasir və güclü Azərbaycanın formalaşmasında neft kontraktlarının xüsusi rolunun olduğunu hər kəs bilir. Bu kontraktların hazırlanmasında İlham Əliyevin xüsusi rolu olub. Müstəqilliyin ilk illərində xaricilərlə onların öz dilində, danışacaq, onlara Azərbaycanın istəklərini açıq şəkildə bəyan edəcək kadrlar demək olar ki, yox idi. İlham Əliyev Neft Şirkətinin xarici investorlarla danışıqlarını aparan Azərbaycanın güclü gələcəyi üçün hava su kimi lazım olan neft investisiyalarını razılaşdıran şəxsdir. İndi heç kəsə sir deyil ki, bu neft kontraktları Azərbaycanı beynəlxalq münasibətlərdə layiqli aktor kimi yerini təmin etmiş oldu.
18 il əvvələ baxanda nə qədər işlər görüldüyünü, uğurlar qazanıldığını, nailiyyətlərin hansı miqyasda olduğunu daha aydın görmək olur.
Bu müsahibədə İlham Əliyev həm də Millət Vəkilinin hansı xüsusiyyətlərə, keyfiyyətlərə malik olmasına da aydınlıq gətirdi.
Bu gün idman sahəsində qazanılan uğurların təməli də məhz o illərdə qoyulmuşdu. O vaxtlar 5-6 yaşı olan uşaqlar bu gün milli komandaların heyətində ən mötəbər yarışlarda himnimizi səsləndirirlər.
Bu gün, hər kəs bir neçə il bundan öncə lentə alınmış bu müsahibəyə baxib, məsləhətləri dinləyib ona əməl etməlidir.
Uzun illər keçsə də İlham Əliyev yenə eyni əzimkarlıqla, eyni amal üçün çalışır. İndi hər bir Azərbaycanlı 3 rəngli ay ulduzlu bayrağın kölgəsinə sığınıb daha güclü Azərbaycan üçün çalışmalıdır. Daha Güclü Azərbaycan isə, İlham Əliyevin rəhbərliyi ilə mümkündür. 11 aprel seçkilərində İlham Əliyevə səs verməklə, Güclü Azərbaycana, sabitliyə, inkişafa səs vermiş olacayıq.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu