Rusiyalı media nümayəndələri Mətbuat Şurasında olublar

Xəbərin çap versiyası
Tarix: 13-04-2018, 19:49    |    Xəbər oxunub: 730 dəfə
Rusiyalı media nümayəndələri Mətbuat Şurasında olublar


Bu gün Rusiyanın Udmurdiya Respublikasının Jurnalistlər İttifaqının sədri Yelena Kapitonenko və Udmurdiyanın Mətbuat və Kütləvi Kommunikasiya Agentliyinin rəhbəri Vitali Trefilov Azərbaycan Mətbuat Şurasında olublar.



Qonaqları salamlayan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov onlara rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib.

MŞ sədri həmçinin bildirib ki, Şura dünyanın, o cümlədən Rusiyanın kütləvi informasiya vasitələri və jurnalist təşkilatları ilə sıx əlaqələr saxlamaqdadır.

Mövcud xüsusda aparılmış qarşılıqlı fikir mübadiləsi gedişində Azərbaycanda və Rusiyada medianın vəziyyəti barədə söhbət açılıb. Bildirilib ki, internet medianın ənənəvi medianı sürətlə üstələdiyi bir zamanda mətbuat orqanlarının ayaqda qalmaları, rəqabətə davam gətirmələri sosial sifarişdir. Bu baxımdan hər iki ölkədə mediaya dövlət dəstəyi ilə bağlı məqamlar qabardılıb. Ə.Amaşov və MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu qonaqları Azərbaycanda mövcud istiqamətdə reallaşdırılmış işlərlə tanış ediblər.

Udmurdiya Respublikasının Jurnalistlər İttifaqının sədri Y.Kapitonenko bildirib ki, Udmurdiyada hər il dövlət büdcəsindən qəzetlərə vəsait ayrılır. Bu, mətbuat orqanlarının səmərəli fəaliyyətinin təşkilini təmin edir.

Görüşdə Rusiya və Azərbaycan jurnalistlərinin perspektiv əməkdaşlığına dair bir sıra məqamlar müzakirə olunub. Rusiyalı qonaqlar təmsil olunduqları qurumun mövdud istiqamətdəki fəaliyyətə hər cür kömək göstərməyə hazır olduqlarını vurğulayıblar.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
İcra başçısının korteji narazılığa səbəb oldu-

İcra başçısının korteji narazılığa səbəb oldu- Bir polis, 10 mülki avtomobil...+VİDEO

DİDK-da ulu öndərin xatirəsi anılıb

DİDK-da ulu öndərin xatirəsi anılıb

Dövlət Komitəsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib-

Dövlət Komitəsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib- FOTOLAR

ETSN-in kollektivi Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib

ETSN-in kollektivi Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib

BNA kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər-

BNA kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər- FOTOLAR

Dövlət Miqrasiya Xidmətində Ulu öndər Heydər Əliyevin xatirəsi yad edilib

Dövlət Miqrasiya Xidmətində Ulu öndər Heydər Əliyevin xatirəsi yad edilib

“Nar”-dan Yeni il ərəfəsində sərfəli rominq təklifləri

“Nar”-dan Yeni il ərəfəsində sərfəli rominq təklifləri

Bu gün qüdrətli Azərbaycan Ulu Öndərin sayəsində dünyada öz layiqli yerini tutur

Bu gün qüdrətli Azərbaycan Ulu Öndərin sayəsində dünyada öz layiqli yerini tutur

Şahbaz Quliyev və Dilqəm Əsgərov sərbəst buraxıla bilər

Şahbaz Quliyev və Dilqəm Əsgərov sərbəst buraxıla bilər

DİN şəhidlərin ruhuna hörmətsizlik edən gənci araşdırır-

DİN şəhidlərin ruhuna hörmətsizlik edən gənci araşdırır- VİDEO

Kiçik sahibkarlar üçün sürətli amortizasiya tətbiq olunur

Kiçik sahibkarlar üçün sürətli amortizasiya tətbiq olunur

Tanınmış jurnalistdən Heydər Əliyevin xatirəsinə

Tanınmış jurnalistdən Heydər Əliyevin xatirəsinə VİDEOÇARX

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur