Əməkdar jurnalist Mətanət Ağamirli BSU-nun jurnalist tələbələri ilə görüşüb


Əməkdar jurnalist Mətanət Ağamirli BSU-nun jurnalist tələbələri ilə görüşüb


"Lider" televiziyasında yayımlanan "Seçim" tok-şousunun aparıcısı, əməkdar jurnalist Mətanət Ağamirli Bakı Slavyan Universitetində (BSU) 1-ci kursda jurnalistika ixtisası üzrə təhsil alan tələbələrlə görüşüb. Görüşdə BSU-nun jurnalistika kafedrasının müdiri, dosent Şəlalə Həsənova və kafedranın dosenti Mübariz Əhmədov iştirak ediblər.

Mətanət Ağamirli tələbələrlə görüşdə özünün jurnalistikaya həvəsinin yaranmasından, gəlişindən və hazırki fəaliyyətindən geniş söz açıb, eləcə də tələbələrin çoxsaylı suallarını cavablandırıb.
Televiziya jurnalistikasına qəzet jurnalistikasından gəlməyin vacib olduğunu deyən tanınmış aparıcı, 1995-2000-ci illərdə “Press Fakt”, “Gündəlik xəbərlər” və “Bizim Əsr” qəzetlərində çalışmasından, 2000-ci ildən isə "Lider" televiziyasında işləməsindən həvəslə danışıb.
O, "Lider" televiziyasında çalışdığı dövrdə “Sədadan sonra”, “Mövqe”, “Portretlər silsiləsindən”, “Səda+”, “Gender”, “Səda 24” kimi bir sıra ictimai-siyasi proqramların müəllifi və aparıcısı olduğunu deyib.
Mətanət Ağamirli 2000-2003-cü illərdə Ümummilli lider Heydər Əliyevin xarici səfərlərini və fəaliyyətini işıqlandıran jurnalistlər qrupunun üzvü olduğunu xüsusilə qeyd edib.
2004-2005-ci illərdə "Lider" televiziyasının Türkiyə üzrə təmsilçisi kimi fəaliyyət göstərmiş tanınmış jurnalist, Türkiyə telekanalları ilə Azərbaycan telekanallarının fərqli cəhətlərinə toxunub.
Görüşdə özünü güclü qadın hesab etdiyini deyən Mətanət Ağamirli, 2011-ci ildən paralel olaraq Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının nəşri olan “Zəriflik” jurnalına redaktorluq etdiyini də qeyd edib.
O, jurnalistikanın çətin və məsuliyyətli peşə olduğunu bildirib. Mətanət Ağamirli əsl jurnalist adını almaq üçün çox böyük səylə çalışmaq, daim mütaliə etmək və bu peşəni sevərək işləməyin əsas şərtlərdən biri olduğunu tələbələrin diqqətinə çatdırıb.
2016-cı il noyabrın 7-də Azərbaycan Respublikası Prezidentinin imzaladığı sərəncamla "Əməkdar jurnalist" fəxri adı ilə təltif olunduğunu qeyd edən aparıcı jurnalist, bunu dövlət tərəfindən onun əməyinə verilən ən böyük qiymət kimi dəyərləndirib.
Görüşün sonunda jurnalistika kafedrasının müdiri Şəlalə Həsənova və kafedranın dosenti Mübariz Əhmədov dəvəti qəbul edib, gələcək jurnalistlərin görüşünə gəldiyinə və dəyərli fikirlərini bölüşdüyünə görə Mətanət Ağamirliyə öz təşəkkürlərini bildiriblər.
Sonda tələbələr görüşün onlar üçün çox maraqlı, eyni zamanda, maarifləndirici olduğunu dilə gətirərək, tanınmış aparıcıya dərin minnətdarlıqlarını bildirib, xatirə şəkili çəkdiriblər.

Səyalı Abasova
Elçin Nağıyev


Əməkdar jurnalist Mətanət Ağamirli BSU-nun jurnalist tələbələri ilə görüşüb

Əməkdar jurnalist Mətanət Ağamirli BSU-nun jurnalist tələbələri ilə görüşüb

Əməkdar jurnalist Mətanət Ağamirli BSU-nun jurnalist tələbələri ilə görüşüb

Əməkdar jurnalist Mətanət Ağamirli BSU-nun jurnalist tələbələri ilə görüşüb

Əməkdar jurnalist Mətanət Ağamirli BSU-nun jurnalist tələbələri ilə görüşüb



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu