"WhatsApp" istifadəçilərinin NƏZƏRİNƏ: Diqqətli olun


"WhatsApp" istifadəçilərinin


"WhatsApp” messencerinin istifadəçiləri smartfonun işində nasazlıq yaradan zərərli mesajdan şikayət ediblər. Bu haqda "MensXP” nəşri yazıb.

AFN ICTnews-a istinadən bildirir ki, mesajın müəllifləri istifadəçilərə öncədən "tələ” haqda xəbərdarlıq ediblər. Bununla belə bu tələyə düşənlər tapılıb.

"Aşağıdakı mesajın üzərinə sıxsan, WhatsApp bir müddətə donacaq” – zərərli mesajın mətnində deyilir. Bundan sonra bir neçə boşluq və "bura sıxma” yazısı gəlir.

Portalın məlumatına görə, boşluqların yerində gizlədilmiş simvolların üzərinə sıxdıqda cihazın işində nasazlıq yaranır. Bu halda istifadəçilər bildiriblər ki, problemi aradan qaldırmaq üçün sadəcə smartfonu yenidən yükləmək lazımdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu