Fransızdilli “Le Carrefour” qəzetinin 11 yaşı oldu

Xəbərin çap versiyası
Tarix: 15-05-2018, 11:35    |    Xəbər oxunub: 600 dəfə
Fransızdilli “Le Carrefour” qəzetinin 11 yaşı oldu


Azərbaycanda fransız dilində nəşr olunan yeganə mətbu orqan “Le Carrefour” (“Yol qovşağı”) qəzetinin 11 yaşı tamam oldu.

AFN xəbər verir ki, qəzet 2007-ci il may ayının 14-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınıb. Mətbu orqanın yaradılmasında əsas məqsəd Azərbaycan-Fransa əlaqələrinin inkişafına töhfə vermək, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, Azərbaycan haqqında fransızdilli oxuculara məlumat verməklə ölkəmizi tanıtmaq və xalqımızın milli və mənəvi dəyərlərinin, həmçinin mədəni irsinin təbliğidir. Qəzet özünün ilk sayından Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri fransız dilində oxuculara çatdırır.

“Le Carrefour” qəzeti Azərbaycan və Fransa, eyni zamanda fransızdilli ölkələr arasında mədəni, iqtisadi, elmi əlaqələri inkişaf etdirmək, fransızlari və ümumilikdə, əcnəbiləri ölkəmizdə baş verən sosial-ictimai, mədəni, iqtisadi hadisələr barədə məlumatlandırmaq, onlara öz dillərində informasiya verməklə Azərbaycanı Fransada və fransızdilli ölkələrdə tanıtmaq, milli-mənəvi dəyərlərimizi təbliğ etmək missiyasını öz üzərinə götürüb. 2009-cu ildə qəzetin saytı www.lecarrefour.az fəaliyyətə başlayıb, 2016-cı ildə sayt yenilənərək xəbər portalı kimi fransızdilli ölkələrdən olan oxuculara Azərbaycan haqqında gündəlik məlumatlar verir. “Le Carrefour” qəzeti sosial şəbəkələrdə də aktiv şəkildə təmsil olunur. Qəzetin Twitter, Linkedin, Facebook, Instagram səhifələri var. “Le Carrefour” qəzeti Azərbaycan Mətbuat Şurasının üzvüdür. Qəzetin və saytın əsas ideyası və fəaliyyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin öz çıxışlarında dəfələrlə səsləndirilən xarici media resursları, o cümlədən Fransa ilə media sahəsində daha sıx əlaqələrin yaradılması və Dağlıq Qarabağ münaqişəsinin həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün xarici media məkanına daha çox çıxış imkanının əldə olunması istiqamətinə yönəlib. On ildir ki, qəzet fəaliyyətini məhz bu istiqamətdə qurur. Hazırda qəzetin 110 ölkənin mediasını birləşdirən və baş ofisi Parisdə yerləşən Beynəlxalq Fransızdilli Mətbuat Birliyi (UPF) və Fransanın TV5 kanalı ilə (TV5Monde), o cümlədən Beynəlxalq Frankofoniya Təşkilatı (OİF), Frankofoniya Universitetləri Agentliyinin (AUF) Mərkəzi və Şərqi Avropa üzrə ofisi və digər fransızdilli beynəlxalq təşkilatlar ilə əlaqələri var. “Le Carrefour” qəzetinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan Mətbuat Şurası ilə birgə 2008 və 2012-ci illərdə “Azərbaycanda xaricidilli KİV-in durumu:

problemlər və inkişaf perspektivləri” mövzusunda bir neçə dəfə silsilə dəyirmi masalar təşkil edilib. Eyni zamanda, 2016-cı ilin yanvar ayında qəzetin təşəbbüsü ilə Jurnalist Qadınlar Assosiasiyası ilə birgə Azərbaycanın ilk şəhid qadın jurnalisti, Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın anım günü ilə əlaqədar olaraq tədbir təşkil olunub. 2016-cı ilin aprel ayının 19-da Azərbaycan Dillər Universitetində (ADU) sözügedən ali təhsil müəssisəsinin İctimaiyyətlə əlaqələr departamenti ilə birgə “Le Carrefour” qəzetinin təşəbbüsü və təşkilatçılığı ilə “Azərbaycanın xaricidilli KİV-i beynəlxalq müstəvidə” mövzusunda konfrans keçirilib. 2017-ci ilin aprel ayının 5-də “Le Carrefour” qəzetinin Fransanın Azərbaycandakı səfirliyinin Frankofoniya həftələri çərçivəsində keçirdiyi tədbirlər çərçivəsində Azərbaycanda Fransız İnstitutunda qəzetin təqdimatı keçirilib.

Qəzetin təsisçisi və baş redaktoru fransızdilli jurnalist, Beynəlxalq Fransızdilli Mətbuat Birliyinin Azərbaycan bölməsinin rəhbəri Zeynab Kazımovadır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Rüfət Aslanlı səlahiyyətlərindən birini itirdi

Rüfət Aslanlı səlahiyyətlərindən birini itirdi

Erməni nazir:

Erməni nazir: İran qazı bizim cibimizə görə deyil

DİM 100-dən çox şagirdin imtahan nəticəsini dəyişdi

DİM 100-dən çox şagirdin imtahan nəticəsini dəyişdi

Rustavidə azərbaycanlı tələbənin meyiti tapılıb

Rustavidə azərbaycanlı tələbənin meyiti tapılıb

"Mənim ana dilim" olimpiada layihəsi başa çatıb

“Səhliyalı” barədə cavabsız suallar:

“Səhliyalı” barədə cavabsız suallar: Siçan nəcisi, xərçəng yaradan maddə və “HALALLIQ”

Elmira Axundovaya “Xalq yazıçısı” adı verildi

Elmira Axundovaya “Xalq yazıçısı” adı verildi

“SABAH” qrupunun tələbələri

“SABAH” qrupunun tələbələri "Qaçqınkom"da olublar

Binəqədidə yolların yenidən qurulması üçün

Binəqədidə yolların yenidən qurulması üçün 1,9 milyon manat AYRILDI

“Nar” “Respublika günü” münasibətilə abunəçilərinə internet hədiyyə edir

“Nar” “Respublika günü” münasibətilə abunəçilərinə internet hədiyyə edir

“Bakı Dairəvi-1” yolunda nəqliyyatın hərəkətində dəyişikliklər edilib

“Bakı Dairəvi-1” yolunda nəqliyyatın hərəkətində dəyişikliklər edilib

Yol Polisinin rəhbərliyi Milli Məclisə

Yol Polisinin rəhbərliyi Milli Məclisə ÇAĞIRILDI

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur