“WhatsApp”da çoxdan gözlənilən funksiya istifadəyə verilib


“WhatsApp”da çoxdan gözlənilən funksiya istifadəyə verilib


“WhatsApp” messencerində qrup şəklində ünsiyyət həvəskarları üçün çoxdan gözlənilən funksiya istifadəyə verilib.

Xarici KİV-lər xəbər verir ki, artıq messencer istifadəçiləri qrup şəklində səsli və videozənglər funksiyasından yararlanmaq imkanı əldə ediblər.

Məlumata görə, iki istifadəçinin başladığı söhbətə sonradan daha iki nəfəri əlavə etmək mümkündür. Bunun üçün danışıq rejimində ekranın sağ yuxarı küncündə yerləşən xüsusi işarənin üzərinə toxunmaq kifayətdir.

“WhatsApp”da qrup şəklində videodanışıq funksiyasından ilkin olaraq “iOS”, daha sonra “Android” əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən qurğu sahibləri yararlanmağa başlayıb.(AzərTAc)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu