Xalq.az 5 ildir xalqımıza xidmət edir


Xalq.az 5 ildir xalqımıza xidmət edir


Ölkənin önəmli xəbər portallarından biri olan XALQ.AZ saytının 5 yaşı tamam olur.



XALQ.AZ xəbər portalı yarandığından müstəqil informasiya siyasəti həyata kecirən media qurumudur.

Bu barədə saytın baş redaktoru, Zaur Mirzə-zadə məlumat verib:

İnternet mediasının sürətlə inkişaf etdiyi bir zamanda XALQ.AZ xəbər portalı ötən 5 ildə Azərbaycan internet məkanında özünə yer etməklə yanaşı, hazırda populyar xəbər resurslarından biri ünvanını qoruyub saxlayır. Ölkəmizdə hər bir sahədə olduğu kimi bü gün müstəqil mətbuatımızda öz inkişaf mərhələsini yaşayır. Dövlətimizin inkişaf strategiyasının əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş, və bu gündə möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə söz azadlığı mövcuddur. Ölkə başçımız İlham Əliyev azad sözə, müstəqil mətbuatın inkişafına hər zaman öz dəstəyini göstərir. “XALQ.AZ” saytında Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, habelə dünyada baş verən maraqlı xəbərlər oxuculara çatdırılır. Bundan basqa, internet saytda müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır. “XALQ.AZ”saytı qısa bir müddətdə geniş oxucu kütləsinin rəğbətini qazanıb və ölkənin aparıcı media orqanlarından birinə çevrilib. Artıq beş ildir ki, ölkənin bir sıra tanınmış imzaları – siyasi xadimlər, müstəqil siyasi şərhçilər, jurnalistlər XALQ.AZ-la əməkdaşlıq edir.

Qeyd edək ki, artıq Zaur Mirzə-zadənin təsisçiliyi ilə rusdilli oxucular üçün BAKUTİME.AZ xəbər portalıda fəaliyyət göstərir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu