Yaşasaydı on səkkiz yaşı tamam olacaqdı- baş redaktorun oğlunun ölümündən 7 il keçir


Yaşasaydı on səkkiz yaşı tamam olacaqdı-


Nəinki öz valideyinlərinin, hətta yaxın qohum-əqrabasının belə sevimlisi olan Əhmədin yaşasaydı bu gün 18 yaşı tamam olacaqdı.

Qapqara ölüm necə qıydı ona?! Nə yaşı vardı ki, cəmi on bir... O gün hər tərəf od tutub yanırdı. Elə bu kəmfürsət alov da onu əzizlərinin əlindən aldı. Həm də tək almadı – özündən 1 yaş böyük qardaşı Rüfəti də ağuşuna alıb getdi amansız ölüm...
Bu gün yaşasaydı 18 yaşı tamam olacaqdı. Bu gün yaşasaydı hərbi xidmətə gedəcəkdi. Əfsuslar... Taleh iki ömürü belə erkən yarıda qoydu. Ölüm sevinməsin qoy! Bu gül üzlü balaların xoş siması tanıyanların qəlbinə əbədi yazıldı. Atası Vasif bəyə Allahdan səbr diləyib, qəni-qəni rəhmət olsun deyirik.
Xatırladırıq ki, 07 oktyabr 2011-ci il tarixdə Qobu qəsəbəsində həmkarımız, “BölgəXəbər.com” saytının rəhbəri Vasif Turanın evi naməlum şəxslər tərəfindən yandırılmışdır. Ev yanarkən onun iki azyaşlı uşağı da tələf olmuşdur. İllər keçməsinə baxmayaraq hələ də günahkar tapılmayıb.

Yaşasaydı on səkkiz yaşı tamam olacaqdı-



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu